Skip to content

Dynamix Magazine

Miley “Bass Persuades” albomu ilə yeni musiqi erasına başlayır

Miley Cyrus 10-cu studiya albomu “Bass Persuades” albomu ilə yaradıcılığının yeni erasına start verir. Albomun eyniadlı mahnısı artıq yayımlanıb. Albomun isə sentyabrın 18-də işıq üzü görəcəyini açıqlayıb.

Miley xəbəri sentyabrın 1-də rəsmi  media hesabında paylaşaraq yeni layihəsi barədə ilk detalları pərəstişkarları ilə bölüşüb. Bu albom müğənninin “Something Beautiful” layihəsindən  bir il sonra təqdim etdiyi növbəti böyük musiqi işi olacaq. Həmçinin sənətçinin səhnə adındaki “Cyrus”-u artıq görməyəcəyik. Sadəcə “Miley” və yeni musiqiləri… Amma “Flower”, “Wrecking Ball”, “Prisoner”, “Midnight Sky”, “Party In The U.S.A” və daha çox hitləri təkrar dinləyəndə gözünüz mütləq bu ada rast gələcək!

“Bass Persuades” 80-ci illərin elektron musiqi səslərindən ilhamlanan, enerjili və “dance pop” atmosferi ilə diqqət çəkir. Mahnının enerjisi Sayrusun “Something Beautiful” albomunda yer alan “Walk of Fame” və “Every Girl You’ve Ever Loved” treklərinin tərzinə də çox bənzəyir.

Mayli Sayrus layihənin adının mənasını da açıqlayıb. Müğənninin sözlərinə görə, bu adın arxasında musiqinin insan üzərində yaratdığı güclü təsir dayanır:

“Musiqi bizi öz təsiri altına alır. Biz onu hiss edirik, oxuyuruq, bəzən rəqs edirik, içimizdən çıxarırıq və yolumuza davam edirik. Musiqi güclüdür, həssasdır, şirindir və qüvvətlidir. Ürək dolusu sevinc, ürək ağrısı və həyatın bunların arasında olan hər bir anı… Başlıq mənim üçün məhz bunu ifadə edir.”

Beləliklə, “Bass Persuades” Mayli Sayrus  karyerasında yeni səhifənin başlanğıcı olacaq. Müğənninin 10-cu albomu sentyabrın 18-də dinləyicilərə təqdim ediləcək.

Digər musiqi xəbərləri, müsahibələr və analizlər üçün saytımızda qalmağa davam edə bilərsiniz. Sosial şəbəkələrdə isə bizi izləməyi unutmayın.