Skip to content

Dynamix

Michael (2026) filmi 24 apreldə kinoteatrlarda

Dünya şöhrətli ulduz Michael Jackson-a həsr olunmuş Michael (2026) filmi artıq sevənləri ilə görüşməyə hazırdır. Bioqrafiya, dram və musiqi janrlarına toxunan filmin ilkin nümayişləri Berlin və Los Angeles-da keçirilib.

Bu çətin, həm də məsuliyyətli vəzifəni öz öhdəsinə Jaafar Jackson (Michael Jacksonun qardaşı Jermaine Jackson-un oğlu) götürüb. Onun əmisinə olan oxşarlığı filmdə sadəcə xarici görünüş baxımından deyil, həm də hərəkətlərin uyğunluğu və davranış forması olaraq da ön plana çıxır.

Filmin mövzusu Jacksonun həyatının bəlkə də ən vacib hissəsini — uşaqlıq illərindən başlayaraq bir pop ikonuna çevrildiyi dövrü əhatə edir. Onun bu yolda atdığı ilk addımlar The Jackson 5 ilə başladığı və daha sonra solo karyerası ilə böyüyərək dünyaca məşhur şöhrət qazandığı yolu əks etdirir. Eyni zamanda yaşadığı çətinliklər, ailə təzyiqi kimi nüanslara da toxunulub.

Qeyd edək ki, Michael (2026) filmi 24 aprel tarixindən etibarən nümayiş olunacaq.