Metropolitan Museum of Art 2027-ci ildə keçiriləcək Met Gala və Costume Institute sərgisinin yeni mövzusunu açıqlayıb. “extraORDINARY: Fashion and the Poetics of the Everyday” adlanan sərgi gündəlik geyimlərin, adi materialların və tanış formaların moda vasitəsilə qeyri-adi sənət ifadəsinə çevrilməsinə yönəlib. Yeni konsepsiya daha əvvəl planlaşdırılan Con Qalliano sərgisinin ləğvindən sonra müəyyənləşdirilib.
2027-ci il Met Gala-nın əsasını təşkil edəcək sərgi jeans, T-shirt, hoodie, trenç və puffer gödəkçə kimi gündəlik qarderob elementlərinin dizayner interpretasiyaları ilə yeni estetik məna qazanmasını diqqətə çatdıracaq. Bununla yanaşı, kağız, plastik, metal və digər qeyri-ənənəvi materialların moda sənətində istifadəsi, onların geyilə bilən sənət əsərlərinə çevrilməsi də sərginin əsas istiqamətlərindən biri olacaq.
Andrew Boltonun kuratorluğu ilə, Stephanie Kramer və Emily Mushabenin iştirakı ilə hazırlanacaq sərgi iki istiqamət üzrə qurulacaq. Familiar Forms tanış geyim formalarının yenidən işlənməsinə, Common Matter isə gündəlik və atılmış materialların yaradıcı transformasiyasına fokuslanacaq.
2027-ci il üçün ilkin olaraq britaniyalı dizayner Con Qallianonun yaradıcılığına həsr olunmuş John Galliano: Horizons adlı retrospektiv sərginin keçirilməsi planlaşdırılırdı. Lakin dizaynerin 2011-ci ildə səsləndirdiyi antisemit və irqçi ifadələrlə bağlı mübahisələrin yenidən gündəmə gəlməsi, sərgi planları ətrafında ciddi reaksiyalar doğurdu. Avqustun 31-də Met və Con Qalliano planlaşdırılan sərginin keçirilməyəcəyini açıqladılar. Qərardan sonra Costume Institute yeni sərgi konsepsiyası üzərində işləməyə başladı.
2027-ci il Met Gala 3 may tarixində Nyu-Yorkda, Metropolitan Museum of Art-da keçiriləcək. Sərgi isə 9 may 2027-ci ildə ziyarətçilər üçün açılacaq və 9 yanvar 2028-ci ilədək davam edəcək. Tədbirin dress code-u və ev sahibləri barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Mənbə: Vogue, Associated Press, Metropolitan Museum of Art.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.