Skip to content

Dynamix

Meryl Streep yaradıcılığına səyahət

Bu kino ki var — bu, çox qəliz məsələdir. Sevdiyimiz filmlərdən birindən olan bu sitat bu gün də aktuallığını qoruyur, həm də demək olar ki, bütün sahələrdə.

Filmlərdə hər detal incəliklə düşünülür: aktyor seçimi, məkan, aksesuarlar və daha nələr… Çünki bu elementlərin bir çoxu sonradan bazara çıxır və populyar mədəniyyətin bir hissəsinə çevrilir. Uzağa getmədən, bu gün də bir çox kitab və aksesuar mağazalarında Harry Potter dünyasına aid məhsullarla qarşılaşırıq.

Bu gün isə yazımız kino tarixinin ən əfsanəvi aktrisalarından biri haqqındadır.

22 iyun 1949-cu ildə Amerikanın Nyu Cersi ştatında dünyaya gələn aktrisa sənət yolunda ciddi təhsil alaraq nüfuzlu məktəbləri bitirib.

Onun kino debütü 1977-ci ildə filmi ilə baş tutdu. Lakin onu dünya səviyyəsində tanıdan əsas işlərdən biri oldu. Streep canlandırdığı obrazlara hər zaman psixoloji dərinlik qatması ilə seçilir.

O, televiziya sahəsində də uğur qazanaraq mükafatına layiq görülüb (xüsusilə “Holocaust” mini-serialı ilə). Kino sahəsində isə dəfələrlə və kimi nüfuzlu mükafatlara layiq görülüb.

Həm dram, həm də komediya janrlarında uğurla çıxış edən Streep xüsusilə 1980-ci illərdə şöhrətinin zirvəsinə yüksəldi və Hollivudun ən çox tələb olunan aktrisalarından birinə çevrildi.

O, filmlərdə sadəcə mükafat qazanmaq üçün deyil, layihəyə dəyər qatmaq üçün rol aldığını dəfələrlə sübut edib. Bu səbəbdən də uğurlu filmlərdən danışarkən onun adına tez-tez rast gəlirik.

Meryl Streep müxtəlif nəsillər tərəfindən tanınır. Gənc nəsil isə onu ən çox, bu ilin may ayında 2-ci buraxılışı təqdim olunacaq “The Devil Wears Prada” ilə tanıyır.

Üç dəfə “Oskar” qazanan və rekord sayda “Qızıl Qlobus” nominasiyasına sahib olan Meryl Streep kino tarixinin ən ikonik qadın aktrisalarından biridir.