Artıq ənənəyə çevrilən və minlərlə insanın səbirsizliklə gözlədiyi Bakı Marafonu 3 may tarixində növbəti dəfə start götürür. İdman, adrenalin və paylaşma ruhunu bir araya gətirən bu gün həm peşəkarlar, həm də həvəskarlar üçün unudulmaz bir fürsətdir.
Marafon Dövlət Bayrağı Meydanından start götürərək Sea Breeze istiqamətində davam edəcək. Bu möhtəşəm qaçış iştirakçılara həm şəhərin enerjisini hiss etmək, həm də öz fiziki imkanlarını sınamaq imkanı yaradır.
Marafondan əldə olunan vəsaitin bir hissəsi xeyriyyə məqsədlərinə yönəldiləcək. Bu isə o deməkdir ki, atılan hər addım təkcə özün üçün deyil, başqaları üçün də faydalıdır. Əsl həmrəylik ruhu məhz burada özünü göstərir.
Qaçış başa çatdıqdan sonra isə əyləncə davam edəcək. Dənizkənarı Milli Parkda təşkil olunacaq geniş konsert proqramı iştirakçılara və tamaşaçılara unudulmaz anlar yaşadacaq. Səhnədə ölkənin sevilən sənətçiləri — Amir Paşayev, Tafiq Hacıyev, Qurd, Lalə Məmmədova, Tünzalə Ağayeva və İradə İbrahimovanın ifaları, həmçinin Naz Vokal ansamblının çıxışı bu həmrəylik gününə xüsusi rəng qatacaq.