Formula1 sadəcə sürətdən ibarət idman növü deyil, o həm də dünyaca məşhur ulduzların səhnə aldığı bir platformdur. Bildiyiniz üzrə, Azərbaycan 2016-cı ildən etibarən bu nüfuzlu idman növünə Bakının mərkəzi və tarixi küçələrində ev sahibliyi edən və nəfəs kəsən yarış təqdim edən ölkədir. İndiyə qədər bu çərçivədə BCC (Baku City Circuit) təşkilatçılığı ilə Cardi B, Christina Aguilera, Dua Lipa kimi bir-birindən istedadlı simalar bu çərçivədə çıxışlar edib.
Bu ilki cədvələ əsasən 2000-lərin pop kraliçalarından biri Katy Perry və Calvin Harris Bakıda səhnə alacaqlar!
Onlarla qlobal musiqiçinin mahnılarında imzası olan Calvin Harris!
Bir başqa populyar sima isə Calvin Harrisdir. “We Found Love” ft Rihanna, “This Is What You Came For” ft Rihanna, “One Kiss” ft Dua Lipa, və “Summer” kimi mahnılarla tanınan musiqiçi 24 sentyabr Bakı Kristal Zalında açılış mərasimi üçün çıxış edəcək. Bir çox fanat onun açılış həyəcanı üçün yerində seçim olduğunu qeyd edir.
Hazırda biletlər bu tədbir üçün Fan Zone (mavi) və Golden Circle (narıncı) olaraq 2 kataqoriyada da əlçatandır. Fan Zone üçün olan biletlər 100 manat ikən, Golden Circle üçün qiymətlər 250 manat olaraq qeyd edilib.
Ən sevilən pop musiqiçilərdən Katy Perry 10 illik yubiley üçün Bakıda!
“Firework”, “Roar”, “Dark Horse”, “California Gurls”, və “I Kissed a Girl” kimi səs gətirən musiqilərin sahibi Katy Perry üçün olan konsert 25 sentyabr 20:00-da Bakı Kristal Zalında baş tutacaq. Katy Perry Azərbaycanın bu mötəbər idman növünə ev sahibliyi etməyinin 10-cu ilinin şərəfinə həftəsonu çıxış edəcək.
Sadəcə yerli Katy Perry fanatları deyil, həmçinin əcnəbi Katy Perry fanatları üçün də Bakı Qran-Prixini izləmək üçün və Bakını kəşf etmək üçün möhtəşəm fürsət sayılır. Hətta bəzi platformlarda fanatların paylaşımları diqqət çəkib.
Katy Perry üçün olan konsert üçün Fan Zone biletləri hal-hazırda, təəssüf ki, bitib. Buna baxmayaraq siz qeyd edəcəyimiz sahələr üzrə biletlər əldə edə bilərsiz:
A2 (90 AZN), A7 (90-110 AZN), A8 (110-130 AZN), A9 (130-150 AZN), A11 (150-180 AZN), B7 (90-110 AZN), B8 (110-130 AZN), B9 (130-150 AZN), B11 (150-180 AZN) və nəhayət Golden Circle Left (250 AZN), Golden Circle Right (250 AZN) olaraq hal-hazırda əldə edə bilərsiniz. iTicket.AZ-ın rəsmi saytından görüldüyü qədəri ilə qeyd edilən sahələrdəki biletlərin əksəriyyəti satışa çıxandan qısa müddət sonra bitib.
Mövcud olan biletlərin satışı iTicket.AZ tərəfindən keçirilir. Biletləri şəhərin müxtəlif yerlərindəki iTicket.AZ köşklərindən, habelə iTicket.AZ-ın rəsmi saytından və tətbiqindən əldə edə bilərsiniz.
