Skip to content

Dynamix Magazine

Institution “Daş” kolleksiyası ilə MFW-də

Azərbaycan moda sənayesinə bu gün yeni bir yeni hadisə əlavə edilib. Milan Moda Həftəsində artıq Azərbaycanın da adı var!
Bu uğurun memarı isə modanı öz dəsti-xətti ilə dəyişməyə çalışan  dizaynerimiz Qalib Həsənovdur.
Kənddən Milana uzanan yol
Qalib Həsənov Gürcüstanda, kiçik bir azərbaycanlı kəndi olan Karacalaridə doğulub böyüyüb. O, hələ uşaq yaşlarından qadınların baş örtüklərini bağlamaq formalarına maraq göstərib, bacısının kuklalarına köhnə corablardan geyimlər tikib.

Onun peşəkar karyerası isə Tiflisdə gənc dizaynerlərin müsabiqəsində təqdim etdiyi 5 qara don ilə başlayıb. Bu işi ilə o, Milanın Ali Moda və Dizayn Akademiyasında (HFFA) təhsil alma hüququ  qazanaraq İtaliyaya köçüb. Milanda klassik dərzi sənətinin ən çətin sirlərinə yiyələnən Qalib, əvvəlcə dünya ulduzlarının sevimlisinə çevrilən “Act N°1” brendinin həmtəhsisçisi olub. Lakin qlamur və rəqəmsal dəb sistemindən yorularaq, tam yaradıcı azadlıq üçün 2024-cü ildə özünün fərdi layihəsini olan “Institution” brendini yaradıb. Bu layihə ona Zalando Visionary Award mükafatını və məşhur LVMH Prize müsabiqəsinin yarımfinalçısı adını qazandırıb.

Qalibin kolleksiyalarını digərlərindən fərqləndirən ən mühüm cəhət isə onun fərdi DNT-sini yarada bilməsidir.

Kopenhagen (SS25 / AW24): Kopenhagen Dəb Həftəsində nümayiş olunan “Yad” kolleksiyası qərb tənqidçilərini valeh edib. Podyum isə Qafqazdan gətirilmiş əl işi xalçalarla bəzədilmişdi. Modellər Gürcüstanın Kvemo-Kartli bölgəsində yaşayan iki azərbaycanlı qadının öz qoyunlarının yunundan əllə toxuduqları milli corabı öz üzərilərindən daşıyıblar.

Milanın fəth edən “DAŞ”:
Kopenhagen uğurunun ardınca Milan podyumuna daşınan yeni kolleksiyada dizayner Azərbaycanın milli irsi olan və UNESCO-nun siyahısına daxil edilən kəlağayıya tamamilə fərqli, futuristik bir nəfəs verib. O, ipək kəlağayıları kəsib parçalamadan, bütöv halda bədənə dolayaraq, mürəkkəb drapajlar və düyünlərlə modern donlara çevirməyi bacarıb. Monoxrom (qara-bəyaz) rənglərə üstünlük verən dizaynerin bura daxil etdiyi al qırmızı rəng isə həm milli toy adətlərimizə bir işarə, həm də köhnə qaydalara qarşı yaradıcı bir üsyandır.

Qalib Həsənovun uğuru isə,trendlərin ardınca qaçmaqda yox, öz köklərini unutmamaqdadır.
Biz isə komanda olaraq Qalib Həsənovun uğuru ilə qürur duyuruq və yeniliklərini səbrsizliklə gözləyirik!


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.