Skip to content

Dynamix

“House of the Dragon” yeni mövsümü ilə ekranlara qayıdır

Taxt uğrunda savaşın taleləri dəyişdirdiyi, ailələri bir-birinə düşmən etdiyi və əjdahaların səmanı qaranlığa qərq etdiyi “House of the Dragon” 21 iyun tarixində üçüncü mövsümü ilə ekranlara qayıdır.

Gəlin görək bizi bu mövsümdə nələr gözləyir.
Rhaenyra Targaryen və ögey qardaşı ikinci Aegon arasında illərlə böyüyən qarşıdurma açıq müharibəyə çevrilir. “Team Black” və “Team Green” arasındakı mübarizə bu dəfə sözlərlə deyil, qılınclar, alov və  Targaryen xanədanına yaraşan şəkildə əjdahalarla həll olunacaq.
Yeni mövsümün ən böyük hadisələrindən biri isə Gullet döyüşü olacaq. Westeros tarixinin ən möhtəşəm dəniz savaşlarından biri hesab edilən bu qarşıdurma serialın indiyədək təqdim etdiyi ən böyük ekran hadisələrindən biri olmağa namizəddir.
Yaradıcı heyət bu dəfə hər detal üzərində xüsusi işləyib. Mövsümün ilk bölümü 72 dəqiqə davam edəcək və tamaşaçıları hadisələrin tam mərkəzinə aparacaq.
Daha bir maraqlı yenilik isə musiqidədir. Bəstəkar Ramin Djawadi əfsanəvi “Game of Thrones” mövzu musiqisini illər sonra yenidən işləyib. Yeni əlavə olunan ritmlər tanış melodiyaya daha qaranlıq və gərgin bir nəfəs qazandıracaq.

Emma D’Arcy, Matt Smith, Olivia Cooke və digər tanış simalar yenidən ekranlara qayıdır. Game of Thrones izləyiciləri yaxşı bilir ki, bəzi hekayələr xoşbəxt sonluqla bitmir.

HBO artıq serialın dördüncü və həmçinin final mövsümünüdə təsdiqləyib. Bu isə o deməkdir ki, qarşıdakı bölümlərdə Targaryenlər xanədanının sonuna və Game Of Thrones dünyasına aparan yolu daha aydın şəkildə izləyəcəyik.