Böyük rəqabətin yaşanacağı gecədə musiqi dünyasının ən məşhur ulduzları bir neçə əsas kateqoriyada qarşı-qarşıya gələcək.
Bu ilin ən çox nominasiya qazanan sənətçisi 11 nominasiya ilə RAYE olub. Onu 9 nominasiya ilə ROSALÍA, 7 nominasiya ilə isə Ella Langley, Miranda Lambert, Olivia Rodrigo və Phoebe Bridgers izləyir.
İlin albomu kateqoriyasında Phoebe Bridgers, Olivia Dean, Ella Langley, Bruno Mars, RAYE, Olivia Rodrigo, ROSALÍA və Taylor Swift mükafat uğrunda mübarizə aparacaq.
İlin mahnısı kateqoriyasında isə ROSALÍA və Björkün birgə işi olan “Berghain”, Ella Langleyin “Choosin’ Texas”, Olivia Rodrigonun “the cure”, Ariana Grandenin “hate that i made you love me”, Taylor Swiftin “I Knew It, I Knew You”, Olivia Deanin “Man I Need”, Bruno Marsın “Risk It All” və RAYE-nin “WHERE IS MY HUSBAND!” mahnıları namizədlər sırasındadır.
İlin yazısı kateqoriyasında da eyni dərəcədə güclü rəqabət gözlənilir. Olivia Dean, Ella Langley, Bruno Mars, RAYE, Olivia Rodrigo, ROSALÍA, Taylor Swift və Tame Impala ilə JENNIE bu mükafatın əsas namizədləridir.
Ən yaxşı yeni sənətçi kateqoriyasında isə Angine de Poitrine, Geese, Ella Langley, Slayyyter, Sienna Spiro, Don Toliver, Remi Wolf və The Womack Sisters mübarizə aparacaq.
Qeyd edək ki, bu il Grammy tarixində ilk dəfə təqdim ediləcək beş yeni kateqoriyadan biri də Ən yaxşı Asiya pop musiqisi ifasıdır.
69-cu Grammy mükafatlandırma mərasimi 7 fevral 2027-ci ildə Los-Ancelesdə keçiriləcək.
Bəs sizcə, bu ilin qalibləri kimlər olacaq?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.