Skip to content

Dynamix

GenZ-in musiqi simvolu — Olivia Rodrigo

Spotify-da ən çox dinlənən 26-cı musiqiçi olan və amerikan qadın popunun ulduzlarından olan Olivia Rodrigo 20 fevral 2003-cü ildə Murrieta, Kaliforniya, ABŞ-da dünyaya gəlib. Kariyerasına 2016-cı ildə Disney Channeldə olan komediya serialı olan Bizaardvarkda başlayan Olivia Rodrigo daha sonra High School Musical: The Musical: The Series-də Nini Salazar-Roberts obrazını canlandıraraq musiqi ilə bağlı bacarıqlarını bütün dünyaya göstərməyə başladı.


Lakin onun qlobal olaraq tanınmasını mümkün qılan isə “Driver License” sinqlı oldu. Elə bundan sonra da 2021-ci ildə bütün dünyada səs gətirən və billboardları alt-üst edən ilk albomu olan “Sour”-u paylaşdı. Elə məhz bu albom sayəsində 3 fərqli kateqoriyada Grammy-də mükafat qazandı.

Bundan sonra 2023-cü ildə 6 Grammy namizədliyi qazandıran “Guts” albomunu buraxdı. Bu albomdan sonra isə “Guts World Tour” arenaturuna çıxaraq mahnılarını dünyanın müxtəlif ölkələrində fanatları ilə bölüşərək görüşdü. 


İndi isə Louis Partridge ilə olan romantik münasibətinin bitməsi iddialarının ardından yenidən billboardlarda öz adından bəhs etdirən yeni albomu “You Seem Pretty Sad for a Girl So in Love”-ı 12 iyun 2026-da paylaşdı. Olivianın kariyerasında onunla iç-içə keçmiş olan bənövşəyi rəng bu albomla geridə qaldı və artıq yoluna çəhrayı ilə davam edir. 13 mahnıdan ibarət bu albom ümumilikdə 51 dəqiqə 2 saniyədir.


1. Drop dead- Drop dead- Olivianın müsahibələrdəki çıxışında da qeyd etdiyi kimi bir first date mahnısıdır, bu mahnıda nəql edən şəxs birindən həqiqətən çox xoşu gəldiyindən bəhs edərək emosialarını sözlərə tökür. Birinci hissədə yer alan “I know bar closes at 11 and l hope you’ll never finish that beer” sətirləri hekayəni danışanın o anın içində qalmaq və o annın heç bitməməsini istədiyini dinləyicilərə çatdırır. Növbəti hissədə rok qrupu olan the cure qrupunun “just like heaven” adlanan sevgi mahnısından bəhs olunur. Bu isə mahnının romantik bir mahnı olacağına eyham vurur. Olduqca sakit və melanxolik bir tonda başlayan giriş ilk nəqarətdə o sakitliyi qırır ve yavaş yavaş yüksəlişə keçir. Nəqarətdə bu şəxs həmin insana qarşı olan hisslərindən, onu uzun müddətdir bəyəndiyindən və həmişə aralarında nəsə olacağını hiss edir və bu hisslərinin reallaşmasının onda yaratdığı həyəcandan bəhs edilir. İkinci bənd ise mahnının yazılma səbəblərindən olan bir “first date” bənddir. Artıq mahnı tamamilə upbeat mahnı olub ve ikinci hissədə axıcı bir rep ifade olunur. First date’in həyəcanı ve danışanın qarşı terefe olan hissleri aydın bir formada ifade olunur. Mahnının körpü hissesinde ise Olivia qarşı tərəf ile bürclerindən danışaraq içində olan o saf sevginin gətirdiyi həyəcanı təmsil edir. Çox gənc kimi astrolojik bir mənada qarşı tərəf ilə özünü əlaqələndirib mənalandırmağa cəhd göstərir.


2. Stupid song- “Drop Dead”dən fərqli olaraq daha melankolik və kədərli səslənir. Olivia özünü başqa qızlarla müqayisə edir və qarşı tərəfin onun haqqında düşündüklərinə böyük önəm verir. Nəqəratda istifadə olunan metaforalar (əyləcsiz maşın, mumdan ürək və sökülən sap) sevginin onu necə zəiflətdiyini göstərir. “And I want you more than any stupid song could ever say” sətri isə sevgisinin heç bir mahnının ifadə edə bilməyəcəyi qədər böyük olduğunu vurğulayır. İkinci hissədə Olivia sevgilisi olmadan hiss etdiyi kədərdən danışır və onların sevgisini müqəddəs hesab edir. Lakin o, hisslərini qarşı tərəfə deməyə utanır. Körpü hissəsində isə mahnının melanxolik atmosferi qısa müddətə dəyişir və Olivia hisslərini daha enerjili şəkildə ifadə edir.


3. Honeybee- Olivia sevgilisini (Louis Partridge-i) itirmək qorxusundan danışır. O, sevgilisi ilə keçirdiyi xoş anları və onun yanında özünü təhlükəsiz hiss etdiyini təsvir edir, fəqət bu xoşbəxtliyin içində daim ayrılıq qorxusu bir ruh kimi onu buraxmır. “Even when I’m quiet, I love you baby, I promise” sətri sevginin yalnız sözlərlə deyil, hərəkətlərlə də göstərilə biləcəyini ifadə edir. Mahnının adı isə Olivia-nın sevgilisinə “honeybee” deyə müraciət etməsindən gəlir və ümumilikdə mahnı sevdiyin insanı itirmək qorxusundan bəhs edir.


4. Maggots for Brains- Olivia sevgilisinə həddindən artıq bağlı olduğunu sözlərlə dinləyənlərə çatdırır. Bəndlərdə o, sevgilisi olmadan çox sıxıldığından danışır və hətta bəzən başına bir şey gəlməsini istəyir ki, sevgilisi onunla maraqlansın. Bu tip davranışlar da elə məhz yeniyetmələrdə müşahidə edilir. Nəqəratda isə Olivia özünü zombiyə bənzədir və sevgilisi olmadan özünü tamamilə boş və pis hiss etdiyini bildirir. Albomdakı digər mahnılarla müqayisədə daha kədərli səslənən bu mahnı, Olivia-ın qarşı tərəfə nə qədər bağlı olduğunu və onsuz özünü natamam hiss etdiyini göstərir.


5. U+Me=<3 – albomda “Drop Dead”dən sonra tamamilə sevgi mahnısı adlandırıla biləcək ikinci mahnı budur. Digər hüznlü mahnılardan fərqli olaraq burada Olivia sevgilisini nə qədər çox sevdiyindən və hətta onun bacısı ilə belə yaxın münasibət qurmağa çalışdığından danışır. Mahnı tam bir Gen Z sevgi mahnısı təsiri bağışlayır. “They say modern love is a cruel endeavor, and to that I say ‘fuck it, whatever’” sətri isə mənim ən çox xoşuma gedən sətrdir.


6. My Way- Olivia-nın sevgilisinə yazdığı sıradan, alışılmış sevgi mahnısı deyil, əksinə onun sevgilisinə yaxınlaşmağa çalışan bir qıza ünvanlanıb. Bu da mahnının müəyyən bir “rival”-a yazıldığı hiss etdirir. Həmin şəxsin Olivia-nın dediyinə görə sevgilinin paltarları ilə şəkillər paylaşması, ona şeirlər göndərməsi və onunla araya girməyə çalışması Olivia-da ciddi narahatlıq doğurur. Birinci hissədə və nəqərat bu vəziyyəti açıq şəkildə göstərir. Körpüdə isə Olivia daha aqressiv tonda, diss-rep üslubuna yaxın şəkildə qıza qarşı ‘qələbə əldə etdiyini` ifadə edir. Mahnı həm də Olivia-nın rock üslubundan tam uzaqlaşmadığını göstərir və fanların əvvəl düşündüyü “pop era” fikrini qırır. Eyni zamanda mahnı ilə bağlı fan teorisi də var: bir çox dinləyici bunu Olivia-nın keçmiş sevgilisi Louis Partridge ilə bağlayır. Louis-in o dövrdə Sydney Chandler ilə əvvəlki münasibəti və sonradan Olivia ilə sevgili olması, həmçinin Sydney-in Louis-ə aid geyimlərlə paylaşım etməsi və Louis-in Olivia ilə birlikdə olduğu vaxtlarda onun postlarını bəyənməsi bu teorini gücləndirir. Olivia isə bu barədə heç bir rəsmi açıqlama verməyərək sosial mediada dönən bu şayiələrə qarşı sakitliyini qoruyur.


7. Purple- Olivia albomu iki hissəyə bölür: bir tərəfdə sevgi, digər tərəfdə isə sevginin gətirdiyi kədər. “Purple” bu iki hissəni birləşdirən “albomun körpüsü” kimi təsvir olunur. Mahnıda Olivia sevgilisi ilə birləşib tək bir dünyaya çevrildiklərini deyir. Gündəlik həyatları tam qarışır, hər şey “iki nəfərlik” olur və iki fərqli insanın “red + blue = purple” metaforası ilə birləşməsi vurğulanır. Amma zamanla bu yaxınlıq boğucu hala gəlir. Olivia artıq öz xəyallarını itirdiyini, yalnız münasibət ətrafında yaşadığını hiss edir. Mahnının sonlarında isə bu həddən artıq bağlılıq onun üçün xoşbəxtlik yox, problem kimi görünməyə başlayır.


8. The Cure- Bu albomun kədərli hissəsinə keçid edən mahnıdır. Olivia burada özünəinam problemlərindən və içində yaşadığı çıxılmaz qarışıqlıqdan danışır, sevgilisinin isə bu vəziyyətə çarə ola bilmədiyini və əl-qolunun bağlı olduğunu hiss edir. Nəqəratda əsas fikir daha açıq olur biz dinləyicilər üçün. Problem Olivianın özündədir, beynindəki şübhələr və qəlbindəki qeyri-müəyyənlik sevgilisi tərəfindən “müalicə” edilə bilmir və sevgi bu boşluğu doldurmağa kifayət etmir. Bu da onun qəlbində kədərdən bir xəncər vurmuş hissiyyatı verir. İkinci hissə və körpüdə təkrarlanan “I’m unraveled” ifadəsi isə onun özünü parçalanmış və dağılmış hiss etdiyini göstərir.


10. What’s Wrong With Me- Bu mahnı The Cure qrupunun üzvü Robert Smith və Olivia Rodrigo tərəfindən ifa edilir. Mahnıda nəql edən şəxs özünü çox pis hiss edir və bu vəziyyəti sevgilisinə bağlayır. O, yemək yeyə bilmir, yata bilmir, sinəsində ağırlıq hiss edir və həkimə getsə də, fiziki olaraq “yaxşı” olduğunu eşidir. Nəqəratda isə hiss edir ki, bütün bu qarışıqlığın səbəbi sevgilisidir. Fanatlar bu mahnını Louis Partridge ilə əlaqələndirir və Louis-in The Cure qrupunu sevməsi ilə Olivia-nın Robert Smith ilə əməkdaşlığı bu düşüncələri daha da gücləndirən detallar kimi görülür.


9. Begged- Olivia qarşı tərəfdən istədiyi diqqəti ala bilmir. Sevgilisi (bu şəxs yenə Louis olmuş olur bu yerdə) ona kifayət qədər əhəmiyyət vermir, amma Olivia bunu görsə də münasibəti bitirməyə cəsarət etmir, çünki içində münasibətin müsbətə doğru gedəcəyinə qarşı qəribə bir inam var. Nəqəratda bu hiss daha güclü ifadə edilərək bizlərə təqdim edir. Belə ki, Olivia olduqca səbrli davranır, onu nə olursa olsun tam səmimiyyətiylə anlamağa çalışır, buna baxmayaraq o eyni zamanda bilir ki, bu münasibəti ayaqda tutan əsas tərəf özüdür.


11. Less- Ən kədərli və tam ayrılıq mahnılarından biri kimi qəbul olunur. Bu mahnının hər saniyəsi insanın ruhunda iz qoyacaq qədər güclüdür. Olivia münasibətin artıq əvvəlki kimi olmadığını, davamlı olaraq yaranan və hıər iki tərəfi məyus edən mübahisələrin başladığını və arada get-gedə soyuma hissinin getdikcə artdığını təsvir edir, amma yenə də “bəlkə düzələr” ümidi ilə ilişib qəlbi burux halda qalır. Mahnının əsas ideyası budur ki, Olivia deyir ki, əgər onu sevmək onun üçün ən yaxşısını istəyib uzaqlaşmaqdırsa, kaş onu “daha az sevsəydin”. Maraqlı detal olaraq, Olivia bu mahnını əvvəlcə alboma daxil etmək istəməsə də, müasir amerikan musiqi sənayesinin ən çox bilinən simalarından olan və ən yaxın dostu olan Conan Gray-ə dinlədəndən sonra onun çox emosional reaksiya verməsi (hətta ağlaması) səbəbilə fikrini dəyişib və mahnını alboma əlavə edib. Mahnını bundan sonra anasına dinlədir və anası da eynilə Conan kimi 15 dəqiqə ağlayaraq reaksiya verir.


12. Expectations- Albomun daha upbeat mahnılarından biridir və digər mahnılardan fərqli olaraq Olivia burada özündən danışır. O, artıq az ilə kifayətlənməyəcəyini, qarşı tərəfin səhvlərinə göz yummayacağını və daha böyük gözləntilərə sahib olduğunu bildirir. Mahnının sonundakı səsləndirmələr fanatlar arasında məşhur olub. Bəzi fanlar bu səslərin Olivia Rodrigonun “Guts World Tour”-da onunla çıxış etmiş Chappell Roan və Conan Gray-a aid olduğunu düşünsələr də, bununla bağlı rəsmi açıqlama yoxdur.


13. Cigarette Smoke- “You Seem Pretty Sad for a Girl So in Love” albomunun son mahnısıdır və xronoloji olaraq irəliləyən sevgi hekayəsini qəlb qırıqlıqları ilə dolu bir ayrılıq mahnısı ilə tamamlayır. Mahnıda Olivia münasibətin bitdiyini evdəki ikinci maşının getməsi və evin səssizləşməsi kimi zəngin detallarla göstərir. O, qarşı tərəfdən peşmanlıq duyduğunu, onun başqa insanların tərəfini tutduğunu və münasibətin artıq əvvəlki kimi olmadığını dilə gətirir. Hətta Olivia bu münasibətdə bu qədər qalmasına görə özündən də peşman olur.