Skip to content

Dynamix

Öz qaydalarını hər il dəyişən “Dreamfest” yenidən xəzərin sahilinə qayıdır

Yay Bakıda təkcə isti hava ilə yox, həm də böyük festivallarla yadda qalır. Son illərdə isə iyulun sonu yaxınlaşanda bir ünvan xüsusilə diqqət mərkəzinə düşür: Sea Breeze.
Bu il də, beynəlxalq Dream Fest musiqi festivalı qaldığı yerdən davam edəcək. Beynəlxalq və yerli sənətçilərin iştirakçı ilə festival 23–26 iyul tarixlərində keçiriləcək və dörd gün ərzində 50-dən çox ifaçı açıq hava səhnəsində tamaşaçıların qarşısına çıxacaq.

Əlbəttə ki, proqramın əsas dayaqlarından biri yerli ulduzlardır. Emin, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva ilə yanaşı, Camal Qasımov, Nigar Camal, Tünzalə Ağayeva, Dilarə Kazımova, Faiq Ağayev, Roza Zərgərli ,Sevanna, Elnur Hüseynov və Orxan Zeynallı da festival səhnəsində yer alacaq. Məhz bu adlar Dream Fest-in dəyişməyən tərəfini formalaşdırır. Bəs dəyişən tərəfi nədir ? Festivalı maraqlı edən təkcə səhnə və ya dəniz mənzərəsi deyil. Əslində, Dream Fest hər il özünü yenidən yazmağı bacaran adından geniş şəkildə bəhs etdirən layihələrdən biridir.

Məsələn, ötən il regiondakı gərginlik fonunda bir sıra rusiyalı ifaçılar proqramdan çıxarılmış, aparıcı heyətində də dəyişikliklər edilmişdi. Bu il isə mənzərə tamam fərqlidir. Yegor Kreed, Ani Lorak, Alsu, Stas Mixaylov və Jony yenidən afişada görünür. Hətta Regina Todorenko da aparıcı kimi festivala qayıdır.

Və bütün bunlar istər-istəməz bir sual yaradır: Dream Fest həqiqətən dəyişir və təkminləşirmi ?
Dəyişir sualının cavabı “Bəlkə də yox” olardı.Çünki dəyişən festival yox gündəmdir. Festival isə gündəmin ritminə uyğunlaşır. Loqo və format eyni qalır, səhnə eyni yerdə qurulur. Sadəcə, kimin o səhnəyə çıxacağını müəyyən edən görünməz sərhədlər hər il yenidən çəkilir.

Elə buna görə də Dream Fest-i tam sabit festival adlandırmaq çətindir. O, daha çox zamanın və şəraitin təsiri altında daim yenilənən, hər mövsümdə daha da təkminləşən və sənət dünyasında böyük rəğbətlə qarşılanan layihələrdən biridir.