Skip to content

Dynamix Magazine

Coachella 2027 lineup təxminləri tutdu!

Dünyanın ən böyük musiqi festivallarından biri olan Coachella 2027-nin ulduzları bəlli oldu!

Gələn ilin aprelində Kaliforniyada keçiriləcək festival bu dəfə musiqi dünyasının əfsanəvi və müasir simalarını eyni səhnədə bir araya gətirəcək.

Coachella 2027-nin əsas ulduzları Dua Lipa, Tame Impala və SZA olacaq. Lakin festivalın ən böyük sürprizlərindən biri Madonna-nın geri dönüşüdür. Pop musiqisinin kraliçası xüsusi çıxışı ilə Dance Tent səhnəsində yer alacaq.

Diqqətçəkən digər adlar arasında Daddy Yankee, JISOO, Zara Larsson, Robyn, Phoebe Bridgers, Weezer və Diljit Dosanjh da var.

Amma rok musiqisi sevənlər üçün daha bir möhtəşəm xəbərimiz var!

İtaliyanın məşhur Måneskin qrupu yenidən bir araya gəlir! Damiano David, Victoria De Angelis, Thomas Raggi və Ethan Torchio solo layihələrindən sonra yenidən eyni səhnəni bölüşəcəklər. Qrupun bir gecə üçün birləşməsi Coachella 2027-nin iştirakçı siyahısının açıqlanması ilə rəsmiləşib. Onlar aprelin 10-u və 17-də festival səhnəsinə çıxacaqlar.

Xatırladaq ki, Måneskin beynəlxalq şöhrətini 2021-ci ildə Avroviziyada qazandığı qələbədən sonra daha da möhkəmləndirmişdi. Qrup 2022-ci ildə də Coachella səhnəsində çıxış etmişdi.

Festival 9–11 və 16–18 aprel tarixlərində, Kaliforniyanın Indio şəhərində keçiriləcək. Coachella-nın hər iki həftəsonu YouTube üzərindən canlı yayımlanması da planlaşdırılır.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.