Glastonbury Festival 2027-nin ilk iştirakçı siyahısı açıqlanıb və builki festival musiqi dünyasının ən böyük adlarını bir araya gətirəcək.
23–27 iyun tarixlərində İngiltərənin Worthy Farm ərazisində keçiriləcək festivalın əsas səhnəsində Harry Styles, Billie Eilish və Sam Fender headliner olaraq çıxış edəcək. Musiqi tarixinin əfsanələrindən Cher isə festivalın ənənəvi Legends slotunda səhnəyə çıxacaq.
İlkin line-up bununla da kifayətlənmir. Massive Attack, The xx, Lily Allen, Kraftwerk, Robyn, Little Simz, Chase & Status, Sombr, Ellie Goulding, FKA twigs, Kacey Musgraves, Teddy Swims, Thundercat və daha onlarla sənətçi 2027-ci ilin festival proqramında yer alır.
Elektron musiqidən rok və alternativ səhnəyə, popdan hip-hop və soul-a qədər uzanan proqram Glastonbury-nin musiqi müxtəlifliyini bir daha ortaya qoyur.
2026-cı ildə fasilə verən festival 2027-ci ildə geri qayıdır. Üstəlik, elan edilən bu siyahı hələ tam deyil. Təşkilatçılar qarşıdakı aylarda yeni artistlərin və əlavə proqramların açıqlanacağını bildirirlər.
Glastonbury 2027 üçün biletlər isə artıq tükənib.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.