Skip to content

Dynamix

Chanel Beauty yeni üzü “Euphoria”dan tanınan Jacob Elordi oldu

Chanel yeni üzü üçün Avstraliyalı aktyoru seçdi

Netflix-in Kissing Booth” romantik komediyası və Euphoria serialı ilə məşhurluq qazanan 28 yaşlı avstraliyalı aktyor Jacob Nathaniel Elordi Chanel markasının yeni siması seçilib.

Maskulin ruh tələb edən “Bleu de Chanel” üçün Elordi marka rəhbərləri üçün də ideal seçim olduğu vurğulanır. Belə ki
brendin qlobal yaradıcı resurslar, ətir və gözəllik üzrə rəhbəri Thomas du Pré de Saint Maur açıqlamasında bildirib:

“Jacob Elordi-nin karyerasını Euphoria serialından bəri izləyirəm. O, azadlıq, sirr, cazibə və müasirliklə klassik zərifliyin vəhdətini əks etdirən maskulinliyi ilə Bleu de Chanel-i ideal şəkildə ifadə edir.”

Elordi isə seçim qarşında görünür ki öz xoşbəxtliyini gizlətməyib o mətbuata verdiyi açıqlamada bildirib ki təklifi o an qəbul edib və bu Jacob Elordi bildirib ki, Chanel-in məşhur ətri Bleu de Chanel-in yeni siması olmaq onun üçün “böyük şərəfdir”

Görünən odur ki, Chanel Jacob-un simasında həm gənc nəslin enerjisini, həm də markanın illərdir qoruduğu o “əlçatmaz” cazibəni birləşdirə bilib. Yaxın günlərdə Elordi-nin iştirakı ilə yeni reklam çarxlarını hər yerdə görəcəyimizə əmin ola bilərsiniz.