Skip to content

Dynamix

Bakıda F1 həyəcanı və Calvin Harris ritmləri birləşir

Formula 1 həvəskarları bu il sürət adrenalinini dünya ulduzu Calvin Harrisin performansı ilə yaşayacaq. Azərbaycan Qran Prisi çərçivəsində 24 sentyabrda Bakı səhnəsində çıxış edəcək sənətçi, rəsmi açıqlamadan dərhal sonra yerli sosial medianın gündəminə çevrilib. DJ-in Bakı üçün necə bir şou hazırladığı artıq indidən böyük maraq doğurur.

Qlobal musiqidə öz yerini çıxan tutmuş Calvin Harrisin əsl adı Adam Richard Wilesdir. O, Şotlandiya əsilli prodüser, DJ və bəstəkar – müasir elektron musiqinin ən parlaq simalarından biridir. 2007-ci ildə işıq üzü görən “I Created Disco” albomu ilə böyük sıçrayış edən sənətçi, illər ərzində hit-paradları alt-üst edib.
Yadda qalan hitləri: Summer, I’m Not Alone, Feel So Close.

Dua Lipa, Rihanna, Ellie Goulding və Sam Smith kimi dünya ulduzları ilə birgə layihələri onu qlobal musiqi sənayesinin zirvəsinə daşıyıb. İndi isə bütün diqqətlər Bakıdadır. Enerjinin pik həddə çatacağı bu gecəni musiqiçinin pərəstişkarları səbirsizliklə gözləyir. Xatırladaq ki, bu il Formula 1 Azərbaycan Qran Prisi 24–26 sentyabr tarixlərində baş tutacaq. Gələcək yeniliklər üçün bizi izləməyinizi tövsiyə edirik.

Bu Playlistdə Calvin Harris mahnılarını dinləyə bilərsiniz.