“The Devil Wears Prada 2” mayın 1-dən kinoteatrlardadır və yayımlandığı gündən etibarən izləyicilərin xüsusi marağına səbəb olub. Filmin saundtrekində Lady Gaga – “Shape of a Woman”, Doechii ilə “Runway” dueti, Sienna Spiro – “Material Lover”, Izzy Escobar – “Evergreen Avenue” və Dua Lipa – “End of an Era” kimi dünya şöhrətli ulduzların hit mahnıları yer alır.
Film IMDb-də 7.1, Rotten Tomatoes-da isə 79% nəticə əldə edib ki, bu da ilk filmlə müqayisədə bir qədər yüksək qiymətləndirildiyini göstərir. Filmdəki nostalgiya, aktyor oyunu və müasir media tənqidi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Böyük maraqa səbəb olan davam filminin süjet xətti ilə belədir:
20 il sonra “Runway” jurnalı rəqəmsal dövrün təzyiqi altında batmaq təhlükəsi ilə üzləşir. Miranda Priestly təsir gücünü itirir, keçmiş assistenti Endi Saks isə jurnalı xilas etmək üçün geri qayıdır.
Sosial platformalarda film haqqında müxtəlif reaksiyalar paylaşılır. X (Twitter) platformasında “warm blanket”, “layiqli davam” və “nostalji” ifadələri trenddədir. “Big 4 don’t miss a beat” cümləsi ilə dörd əsas aktyorun performansı xüsusi vurğulanır.
Filmdə diqqətçəkən məqamlar arasında 20 illik fasilədən sonra gələn “legacy sequel” statusu, “fan service” ilə yeni hekayə arasındakı balans və Lady Gaga amili yer alır.
“The Devil Wears Prada 2” – uzun fasilədən sonra təqdim olunan davam filmləri arasında uğurlu nümunələrdən biri kimi qiymətləndirilir. Orijinalın təsirini tam təkrarlamasa da, moda dünyasının dəyişən üzünü və jurnalistikanın son gəldiyi nöqtəni uğurla nümayiş etdirir.
