Skip to content

Dynamix

BFW-Podiumunda Uventa

Uventa brendi “Back to Roots” kolleksiyasını Bakı moda həftəsi çərçivəsində yenidən təqdim etdi. Köklərə qayıdış adlanan kolleksiya adı kimi keçmişi hiss etdirirdi. Lakin bugünün baxış bucağından.

Brend arxiv estetikasını olduğu kimi təkrarlamaq əvəzinə, onu yenidən “kəsib-biçərək” müasir formaya salıb. Tanış elementlər var, amma heç biri köhnə görünmür — əksinə, yeni kontekstdə daha sərt, və daha ifadəli nümayiş olundu.

Siluetlərdə struktur açıq şəkildə ön planda idi. Çiyinlərdəki vurğular, dəqiq biçimlər və bədənə oturan konstruksiya kolleksiyaya dominant bir qadın enerjisi verirdi.

Tekstura oyunları isə şounun ən maraqlı qatlarından biri idi. Ağır, sıx parçalarla daha axıcı və parıltılı materialların qarşılaşdırılması və baş aksesuarları vizual balans yaradırdı. Hər çıxışda bu kontrast özünü fərqli şəkildə göstərir, kolleksiyanı monotonluqdan uzaq saxlayırdı.

Rəng palitrası və ümumi stil dili də bu “köklərə dönüş” ideyasını dəstəkləyirdi, amma heç vaxt keçmişdə ilişib qalmırdı. Burada hər detal düşünülüb, amma bu düşünülmüşlük süni görünmürdü əksinə axıcı və təbii hiss etdirirdi.