Skip to content

Dynamix

Bakı, Caz və Şərab

Bakı bu günlərdə “Caz və Şərab Festivalı 2026”nı qeyd edir. Caz musiqisi ən zərif və insanın ruhuna toxunan janrlardan biridir. Buna bir də şərabı əlavə etdikdə ortaya həqiqətən fərqli və unudulmaz bir təcrübə çıxır.

Festival Dənizkənarı Milli Park ərazisində keçirilir. Bu isə o deməkdir ki, tədbir şəhərin ən çox insan axını olan məkanlarından birində baş tutur və geniş auditoriyanın diqqətini çəkmək üçün doğru seçimdir.

Festivalın məqsədi sadəcə şərab satmaq deyil, onu tanıtmaqdır. Ziyarətçilər burada müxtəlif şərab növlərini dada, eyni zamanda istehsalçılarla tanış ola bilərlər. Bu isə artıq “mədəni istehlak” anlayışına daxildir  yəni siz burada sadəcə izləyici yox, bir başa prosesin bir hissəsi olacaqsınız. Çox gözəl səslənir.

Caz proqramına baxdıqda isə həm tanınmış musiqiçilərin, həm də gənc ifaçıların yer aldığını görürük. Bu da festivalın balanslı yanaşmasını göstərir və fərqli zövqlərə xitab etməsinə imkan yaradır.

Festival mayın 3-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyənlər biletləri buradan əldə edə bilərlər.