Chanel yaz-yay 2026 eynəkləri kolleksiyası ilə yenə də ön plandadır. Nicole Kidman, G-Dragon, Ayo Ederibi, Perdro Pascal və Lily Rose Depp ilə əməkdaşlıq çərçivəsində təqdim olunan kolleksiya əvvəlki kolleksiyalardan “maksimalist zəriflik” xüsusiyyəti ilə fərqlənib.
Bu kolleksiyada minimalistik minimuma daşınıb və daha çox texniki detallar diqqət çəkib. Oversize ölçü əsas götürülərək hazırlanan günəş eynəkləri 1970-ci illərin retro ruhunu canlandırıb.
Kolleksiyada önə çıxan eynəklər oval formalı eynəklərdir. Şəffaf və yarı şəffaf korpusları, geniş kənarları ilə diqqət çəkən eynəklərin bəzilərində gradient tekstura istifadə edilib. Bu da maksimalizmi təmin edən əsas nüanslardan biridir. Qiymətlər 500-700 dollar arası dəyişir.
Daha çox moda yenilikləri üçün bizi sosial şəbəkələrdə izləməyi unutmayın.