Skip to content

Dynamix

Disney-dən “Hannah Montana”nın 20 illiyinə xüsusi proqram

Bir dövrün yeniyetmə çağlarının xüsusi serialı “Hannah Montana” 20 illiyi münasibətilə xüsusi yubiley proqramı hazırlanır. Layihə məşhur müğənni və aktrisa Mayli Sayrus tərəfindən təqdim olunacaq.

“From Me to Younger You” adlı xüsusi proqram martın 24-də yayımlanacaq. Layihədə Mayli karyerasının başlanğıc illərinə qayıdaraq həm serialın tarixindən, həm də Hannah Montana obrazının həyatına təsirindən danışacaq.

Yubiley proqramı Disney+ və Hulu platformalarında təqdim ediləcək. Layihənin posterində Mayli Sayrus məşhur obrazın estetikasına uyğun görünüşdə təqdim olunub və bu da fanatlar arasında böyük nostalji yaradıb.


Xatırladaq ki, “Hannah Montana” serialı ilk dəfə 2006-cı ildə yayımlanıb. Azərbaycan daxil yayımlanan bütün ölkələrdə qısa müddətdə dünya üzrə gənclərin ən sevilən layihələrindən birinə çevrilmişdi. Serial Mayli Sayrusun beynəlxalq pop ulduzuna çevrilməsində mühüm rol oynayıb.