Skip to content

Dynamix Magazine

Payızın ən yaradıcı həftəsonlarından biri “Baku Art Weekend” baş tutacaq

Bu həftəsonu Bakıda incəsənətlə maraqlananları fərqli layihələr gözləyir. 30 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək Baku Art Weekend sərgiləri, instalyasiyaları və yaradıcı layihələri şəhərin müxtəlif məkanlarında bir araya gətirəcək. Üç gün davam edəcək proqram çərçivəsində yerli və beynəlxalq rəssamların əsərləri, performanslar və ictimai incəsənət layihələri təqdim olunacaq.

Festivalın əsas məkanlarından biri Heydər Əliyev Mərkəzidir. Burada amerikalı rəssam Judy Chicago-nun “What If Women Ruled the World?”, italyan rəssam Michelangelo Pistoletto-nun “Mirror of Eternity” və çinli rəssam Zhang Ji-nin “The Skin of Truth” adlı layihələri nümayiş olunacaq. Xüsusilə süni intellekt vasitəsilə insan portretlərini birləşdirən “Mirror of Eternity” texnologiya və incəsənətin kəsişməsinə maraqlı nümunədir.

Festivalın diqqətçəkən istiqamətlərindən biri də Azərbaycan folkloru və təbiət mövzusudur. Müxtəlif sənət istiqamətlərini birləşdirən “Legendary Creatures: An Azerbaijani Bestiary” layihəsi Azərbaycan mifologiyasındakı mifik varlıqları və folklor motivlərini yeni formada təqdim edəcək. Festival çərçivəsində İçərişəhərin tarixi məkanlarında da müxtəlif incəsənət layihələri nümayiş olunacaq. Onlardan biri QGallery-də baş tutacaq Faiq Əhməd və Fərid Rəsulovun “Beyond Memory” sərgisidir.

Ümumilikdə, proqramda mədəni yaddaş, təbiət və insanın ətraf mühitlə münasibəti kimi mövzulara geniş yer ayrılıb. Baku Art Weekend həftəsonunu fərqli keçirmək istəyənlər üçün fürsət yaradır. Tədbirlərin proqramı və məkanları ilə festivalın rəsmi saytında tanış olmaq mümkündür.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.