JAMAL səhnə ləqəbi ilə tanınan Azərbaycanlı ifaçı Camal Qasımov beynəlxalq musiqi səhnəsində növbəti uğura imza atıb. İfaçı ilk dəfə təşkil olunacaq Eurovision Asia 2026” mahnı müsabiqəsinin açılışında çıxış etmək hüququ qazanaraq, Azərbaycanın adını beynəlxalq platformada təmsil etmək fürsəti əldə edib.
Camal Qasımovun bu uğuru ZOOP platformasında Hedera blokçeyn texnologiyasının dəstəyi ilə təşkil edilən səsvermənin nəticəsində mümkün olub. Beynəlxalq auditoriyanın səsi və münsiflərin yekun qərarı azərbaycanlı sənətçinin müsabiqənin rəsmi açılış ifaçısı — “Warm-Up Act” seçilməsi ilə nəticələnib.
Qələbə ifaçıya yalnız beynəlxalq səhnədə çıxış imkanı qazandırmayıb. JAMAL 10 min ABŞ dolları məbləğində pul mükafatı ilə yanaşı, Taylandın paytaxtı Banqkoka bütün xərcləri qarşılanan səyahət paketi də əldə edib. Bunu sənətçinin yaradıcılıq fəaliyyətində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilə bilərik.
Eurovision Asia 2026-nın finalı noyabrın 14-də Banqkok şəhərində yerləşən One Bangkok Forum arenada keçiriləcək.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
