Skip to content

Dynamix Magazine

Kreativ uşaqlar (25BUREAU) Eqor Kridin seçimi oldu

İndiyə qədər sənətçilərimizin xarici kreativ komandalarla işlədiyini çox görmüşük amma 25BUREAU bu ənənəni pozaraq Rusiyanın sevilən sənətçilərindən Eqor Krid ilə əməkdaşlıq edib. Cümə günü yayımlanan yeni mahnının ekran işində yerli yaradıcı komandanın yer almasına təccüblənmirik; çünki yenilikçi və professional komandanın bir gün qlobal musiqi sənayesinə giriş etməyi onsuz da gözlənilən idi.

Sərhədləri keçmək asan deyil, indiyə qədər yerli sənətçilər onlara ən yaxşı bacardığı işi – innovativ və orijinal layihə ərsəyə gətirməyi həvalə etmişdilər. Aşağıda Mehin Hümbətovanın ekran işini izləyib fikirlərimizə qatıla bilərsiniz.

Maraqlıdır, necə oldu ki, onlar yerli musiqi sənayesi ilə kifayətlənmək yerinə, ölkədən kənarda, həm də Rusiyanın tanınmış sənətçilərindən biri ilə işləmək qərarına gəldilər? Bir neçə sualımıza kreativ direktor ZEYN özü cavab verdi və detalları onun özündən öyrənək:

Bu ilk qlobal proyektinizdir, Eqorun seçimi niyə məhz 25BUREAU oldu?

25BUREAU olaraq ilk qlobal layihəmizdir, lakin ayrı-ayrılığda üzvlərimizin qlobal industriyalarda çeşidli fəaliyyəti mövcuddur. Eqor və komandasının bizi seçmə səbəbi də tərzimiz və qlobal səhnələrə yaraşan layihələrimizdir. Azərbaycan ilə müqayisə etdik də fərqi görmək çox çətin deyil.

Klipin çəkilişləri üçün seçilən lokasiya konsepti necə tamamlayır?

Konsept Qərb notlarında Road-movie idi. Uzun sonsuz yollar, qumlar, iki aşiq, bitməyən macəralar və bol-bol flex. Biz də bu  konseptə uyğun Bakının ən uyğun məkanlarını seçdik.

Azərbaycan yaradıcılığının bəyənmədiyiniz tərəfləri varmı?

Biz Azərbaycanın yeni nəsilini təmsil edirik. Və onu daim qlobal miqyaslarda təmsil etmək bizim yaranma məqsədimizdir. Könül istərdi ki, bu yanaşma yayılsın. O zaman ölkə olaraq çox uzaq olduğumuz beynəlxalq arenaya yaxınlaşmış olardıq. Bunu edə bilərik.

Fəaliyyətinizdə əsas hədəfiniz nədir?

Yuxarıda qeyd etdiyim kimi. Azərbaycanı beynəlxalq arenada təmsil etmək, irəli getdikcə industriyanı da irəli aparmaq istəyirik. Kreativ industriyada “Azərbaycan” dedikdə bizi örnək verməklərini istəyirik.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.