Rejissor Romen Qavrasın məşhur “Succession” serialının ssenaristlərindən olan Uill Arberi ilə birlikdə qələmə aldığı satirik triller “SACRIFICE” filmindən ilk kadrlar yayımlandı. Kris Evans, Anya Teylor-Coy və Salma Hayek kimi ulduzların yer aldığı heyətdə, Çarli XCX mistik bir “Ana Təbiət” obrazı ilə qarşımıza çıxır.
Yunanıstan, Bolqarıstan və İslandiyanın füsunkar təbiətində çəkilən film dəbdəbəli bir mühitdə başlayan xaosu mövzu götürür. Ekran işi Yunanıstandakı köhnə bir mədəndə milyarder Ben Breken (Vinsent Kassel) və onun həyat yoldaşı Qloriya (Salma Hayek) tərəfindən təşkil edilən nüfuzlu ekoloji xeyriyyə qalasından bəhs edir. Lakin elit təbəqənin toplaşdığı bu gecə Coan (Anya Teylor-Coy) tərəfindən idarə olunan radikal və silahlı bir ekoloji kultun məkanı basması ilə kabusa çevrilir. Kult üzvləri qədim bir vulkan peyğəmbərliyini yerinə yetirmək və bəşəriyyəti xilas etmək üçün aralarında karyerasını bərpa etməyə çalışan nüfuzlu döyüş filmləri ulduzu Mayk Tayler (Kris Evans) da olmaqla, üç nəfəri vulkana qurban vermək məqsədilə girov götürürlər.
Film ilk dəfə rəsmi olaraq 6 sentyabr 2025-ci il tarixində Toronto Beynəlxalq Film Festivalında (TIFF) tamaşaçılara və tənqidçilərə təqdim edilib. Süjet xətti ilə diqqət çəkən film 16 oktyabrda geniş izləyici kütləsi üçün “Netflix” platformasında da yayımlanacaq. Təqvimlərinizi indidən işarələyin!
Belə bir trillerdən sonra mənim bu filmdən gözləntim olduqca yüksəkdir. Bəs sizcə, bu ulduz heyəti və ekoloji kult mövzusu ilin ən yaxşı satirik trillerini ortaya çıxara biləcək?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
