Musiqi sevənlərin maraqla gözlədiyi, musiqi sənayesinin “Sarı Xalça” Oskarı sayılan MTV VMAs mükafatları bu gecə sahiblərinə qovuşub. Gecənin ən çox mükafat alanları isə popun ikonası Madonna, amerikanın ən çox dinlənənlərindən Taylor Swift və K-POP-un ən rəğbət görən qrupu BTS idi. Dynamix Magazine olaraq gecənin ən önəmli mükafatlarını və sahiblərini sizlərlə paylaşacağıq.
1.Gecənin rekordunu daşıyan Madonna!
Madonna gecənin ən çox mükafat alan ifaçısı olub. “İlin ən yaxşı musiqiçisi”, “Ən yaxşı rəqs”, “Ən yaxşı kinematoqrafiya” başda olmaqla tam yeddi kataqoriyada mükafat alıb. Albom çıxarmağa yeddi, MTV VMAs səhnəsinə çıxmağa isə iyirmi üç il ara verməsinə baxmayaraq bu qədər çox mükafat alması isə rəqiblərinə bir daha xatırladıb ki, Madonna hələ də trendlər yaradan bir ikonadır.
2.”MTV VMAs”ın rekord sahibi Taylor Swift!
Taylor Swift bu axşam namizədi olduğu üç kataqoriyadan mükafat alması ilə MTV VMAs tarixinin ən çox mükafat alan şəxsi olaraq VMAs tarixinə adını qızıl hərflərlə yazdırıb. Son albomunun ən sevilən mahnısı “The Fate of Ophelia” isə “İlin videosu” mükafatını alıb. Həmçinin Taylor Swiftin özünün rejissorluğunu etdiyi “Opalite”in klipi “Ən yaxşı rejissorluq” mükafatına layiq görülüb. Tarixin ən çox mükafat rekorduna sahib Taylor və gecənin mükafat almaq rekorduna sahib Madonnanın səmimi görüntüləri isə sosial mediada sürətlə yayılmağa başlayıb.
3.Dünyada Koreya dalğası əsdirmiş BTS!
Musiqiyə ara verənlərdən biri də dünyanın ən böyük pərəstişkar sayına sahib K-POP qrupu BTS idi. Son albomları ilə onlar da namizəd olduqları kataqoriyalardan üçündə qalib olublar. “İlin ən yaxşı mahnısı”, “Ən yaxşı K-POP” və “Ən yaxşı qrup” mükafatları ilə gecənin ən diqqətləri üzərinə çəkən iştirakçılarından idi. Onu da qeyd edək ki, bu kataqoriyalarda uğur qazanan mahnıları “SWIM” idi.
4.VMAs 2026-da ən çox müzakirə yaradan Olivia Rodrigo!
Digər postumuzda da qeys etdiyimiz kimi, onun əsas kataqoriyalarda namizəd olmaması qısa müddətdə VMAs-ın sosial mediada qınanmasına gətirib çıxarıb. Billboardlarda çıxdığı ilk gündən xüsusi yer tutan “the cure” “Ən yaxşı alternativ” mükafatını alaraq Olivia Rodrigonun VMAs 2026-dakı tək mükafatı olub.
5.”Wicked” nağlının qəhrəmanı Ariana Grande!
Musiqi ilə yanaşı kino sənayesində də fəaliyyət göstərən Ariana Grande bu gecə səkkiz namizədlik alıb. Bunlardan ikisində isə qalib olmağı bacarıb. Onun qazanmış olduğu mükafatlar isə “Ən yaxşı yay mahnısı” və “Ən yaxşı vizual effektlər” idi.
6.Zara Larssonun ilk VMAs mükafatı!
Bu yayın enerjisini ən yaxşı hiss etdirən mahnılardan biri də PinkPantheress və Zara Larssonun ortaq əməkdaşlığı olan “Stateside” idi. Elə buna görədir ki, bu mahnı ilə yaranan trendlər qısa müddətdə dünyanın hər yanında yayılıb. Bu mahnı isə VMAs-da “Ən yaxşı sənət rejissorluğu / Ən yaxşı set dizaynı” mükafatına layiq görülüb.
Musiqi tənqidçiləri və digər dinləyənlərin səsləri ilə müəyyənləşən MTV VMAs 2026 bir çox maraqlı kadrlara ev sahibliyi də edib. Bəzi pərəstişkarla 2027-ci il üçün indidən səbirsizlənirlər.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
