Yadındadır mı o vaxtlar? Həyətdə “bir-iki-üç” oynayanda, qonşu uşaqlarla gizlənpaçda saatlarla itib-batanda, əlin Dendy-nin pultundan düşməyəndə… O günlər bir də qayıtmayacaq deyirdin, elə deyilmi? Səhv edirmişsən!
4 Oktyabr, saat 12:00 — “CHEVRE ECOSYSTEM” və “PARCHAPEOPLE” təşkilatçılığı ilə “Danışır Bakı” başlayır və bu sadəcə festival deyil, uşaqlığına açılan bir qapıdır.
Yenidən “Sega”nın qarşısına keç, Dendy ilə vaxtı unut Domino, nərd ortada söhbət, gülüş, o köhnə hava. Qonaqlar kim olacaq? Təbii ki, nostalji deyəndə ağıla gələn sənətçi Sevda Ələkbərzadə, zamansızlıq fazasına meydan oxuyan Diana Hacıyeva, öz tərzləri ilə hər zaman diqqət mərkəzində olan ekizlər “Tural X Turan” festivala xüsusi enerji qatacaqlar. Gecə isə DJ Pancho və DJ Tim ilə özünü 90-ların ritminə buraxacaqsan. Bununla da bitmir 3 rəssamımız da var hansı ki, əsərləri ilə 90-ların rənglərini kətan üzərində yansıdacaq. Uşağınız da var? Onu da gətir, “Kilimçi” masterklassında öz əlləri ilə kiçik kilim toxusun.
Bir gün üçün hər şeyi unut, telefonu cibinə qoy, uşaqlığına qayıt. Çünki belə günlər hər gün olmur…
Bilet al və gəl! Çünki “OLDLAR YAXŞI BİLƏR” bunu yalnız orda anlayacaqsan.
Chevre Community
4 Oktyabr, 12:00–20:00
Biletləri buradan əldə edə bilərsiniz.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
