Moda qurban tələb edir, deyirlər. Amma moda itaətkarlığı heç vaxt sevmir. Nyu-York Moda Həftəsinin 2027 Yaz/Yay kolleksiyaları da podiumda bunu göstərdi. Onların arasında ən unikal hesab etdiyimiz üç kolleksiya aşağıdakılardır.
01. Ralph Lauren

Ralph Lauren 2027 Yaz/ Yay kolleksiyasında
Dizayner bu mövsüm romantizmin tanış kodlarını götürür, onları parçalayır və daha sərbəst bir zəriflik anlayışı ilə yenidən qurur. Burada məqsəd mükəmməl görünmək deyil əksinə fərqli görünməyə cəsarət etməkdir.
02. Tommy Hilfiger

Tommy Hilfiger 1990-cı illərin modasına qayıtdı, lakin keçmişi olduğu kimi təkrarlamadı. Qırmızı, ağ və fərqli tonlarda göy rənglər kolleksiyada öz yerini qorudu. Cins və universitet üslublu gödəkçələr qısaldı, şortlar daha qısa biçimdə təqdim edildi, polo köynəklər isə geniş kəsimləri ilə diqqət çəkdi.
İpəkdən hazırlanmış reqbi köynəkləri və yelkənçilik üslublu gödəkçələr kolleksiyaya fərqli bir aura qatdı.
03. Calvin Klein

Calvin Klein bu mövsüm sadəliyin sərhədlərini bir qədər dəyişdi. Veronica Leoni markanın təmiz və ölçülü üslubuna bədəni ön plana çıxaran daha cəsarətli toxunuşlar əlavə etdi. Tanış geyimlərin uzunluğu, biçimi və nisbətləri dəyişdirildi, klassik parçalar isə tamam başqa ovqat qazandı.
Kolleksiya sadə görünüşünün arxasında güclü xarakter gizlətdi. Sakit, amma özünü hiss etdirən bu üslub Calvin Klein minimalizminə yeni və müasir nəfəs gətirdi.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
