Skip to content

Dynamix Magazine

Naomi Campbell-in Bakı sevgisi, DJ set çıxışı və Formula1

Deyəsən, əfsanəvi supermodel, mügənni və aktrisa Naomi Campbell-in Bakıya olan sevgisi getdikcə artır. Onun Bakıda keçirilən iki böyük lahiyədə iştirakını nəzərə alsaq, bu fikrə əminliklə qatılmaq olar.

İlk öncə Naomi sentyabrın 23-də keçirilən Boolood-un Açıq Hava Konsertində DJ-set ilə çıxış etdi. Dünya ulduzunun iştrak etdiyi tədbirin biletləri tez bir zamanda “Sold Out” oldu.

Növbəti günün səhəri Naomi Campbell Formula-1 paddock-da italyan biznesmen və eyni zamanda Naomi-nin əvvəlki sevgilisi olan Flavio Briatore ilə birlikdə gəzirdi. Ondan əlavə, Naomi eyni axşam DJ-set ilə Formula-1 şərəfinə təşkil olunmuş mərasimdə də iştirak edib. Musiqi dolu anları o öz Instagram səhifəsində paylaşıb. İlk dəfə Supermodel iki il əvvəl Formula-1 Azərbaycan Grand Prix-ə də qoşulmuşdu.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.