Skip to content

Dynamix Magazine

Şəhzadə Dianaın əfsanəvi qara libası yenidən hərraca çıxarılır

Bəzi libaslar bir gecənin deyil, bütöv bir dövrün yaddaşında qalır. Şahzadə Diananın Christina Stambolian imzalı qara libası da onlardan biridir. Məşhur “Qisas Libasının” hekayəsi ilə yaxından tanış olaq”

Təqvimlər 29 iyun 1994-cü ili göstərirdi.
Həmin gün Şahzadə Çarlzın Kamilla Parker Boulz ilə münasibəti barədə danışdığı televiziya müsahibəsi yayımlandı. Elə həmin axşam Şəhzadə Diana “Serpentine Gallery”-də keçirilən “Vanity Fair” xeyriyyə tədbirinə qatıldı.

Əvvəlcə başqa libas geyinməyi planlaşdıran Diana, seçimi barədə məlumatın mətbuata sızmasından sonra fikrini dəyişdi. Son anda “Christina Stambolian”-dan qara, açıq çiyinli və qısa libas seçdi.

Həmin gecədən sonra bu geyim media tərəfindən “Revenge Dress” yəni “Qisas libası” adlandırıldı.

“Qisas” adı libasın hekayəsini müəyyənləşdirsə də, onun əsas hekayəsi tam başqa idi. Şəhzadə Diana kral ailəsinin ənənəvi geyim kodlarından uzaq, daha cəsarətli bir görünüş seçmişdi. Bir gecəlik moda seçimi sonradan Diananın ictimai obrazının ən çox xatırlanan elementlərindən birinə çevrildi.

25 iyun 1997-ci ildə libas Şahzadə Diananın şəxsi qarderobundan seçilmiş geyimlərlə birlikdə “Christie’s”in Nyu-Yorkdakı xeyriyyə hərracında satıldı.

İndi isə, 29 il sonra, Christina Stambolianın həmin məşhur əsəri yenidən hərraca çıxarılır.

9 dekabr 2026-cı ildə Nyu-Yorkda “Sotheby’s” tərəfindən keçiriləcək satışda libasın 150.000–300.000 ABŞ dollarına satılması gözlənilir. Onunla birlikdə 1997-ci il “Christie’s” hərracına aid, Şahzadə Diana və Christina Stambolian tərəfindən imzalanmış orijinal kataloq da təqdim olunacaq. Satışdan əvvəl libas London, Honq Konq, Cenevrə və Nyu-Yorkda nümayiş etdiriləcək.

Otuz ildən çox vaxt keçsə də, həmin qara libas hələ də moda tarixinin ən çox danışılan geyimlərindən biridir. Çünki bəzən bir libasın əhəmiyyəti onun necə göründüyündə deyil, nə baş verdiyi anda geyinilməsindədir.