Skip to content

Dynamix Magazine

Toksik maskulinliyə türk musiqisində son qoymağa çalışan CRUSH

Keçən il türk billboardlarında dominantlıq təşkil edən toksik maskulinliyin bədən tapmış halı olan türk reperlərin erası yeni TR-POP erası ilə sonlandı. Və bu dalğanın əsas simalarından biri də məhz CRUSH qrupudur. Hal-hazırda dünyanın ən qabaqcıq musiqi platforması Spotifyda ilk mahnıları “CRUSH!” ilə aylıq dinləyici sayı 2 milyonu ötən CRUSH qrupunun 7 üzvü mövcuddur. Bu üzvlər isə “İdol House” adlanan yarışma vasitəsi ilə 5 iyul tarixində seçilmişdi.

“Idol House” yarışması zamanı 7000-dən artıq qeydiyyat olmuş və bunlardan yüz ədədi xalq seçiminə təqdim edilmişdi. Xalq tərəfindən seçilən 20 iştirakçı isə yarışmaya haqq qazanan namizədlər oldu. Namizədlər bir neçə kataqoriya üzrə sıralanır və o sahədə təlimlər keçirdilər. Bütün bu prosseslər isə izləyənlər üçün Youtube platformasında tam əlçatandır.

Bayaq qeyd etdik ki, qrup bir-birindən bacarıqlı 7 üzvdən ibarətdir. İndi isə sizləri bu üzvlər haqqda məlumatlandıracayıq.

1. Efe Şan:

O 2007-ci il 9 avqust tarixində Çanakkaledə dünyaya gəlmişdir. 5 iyul 2026 tarixində qrupa ilk seçilən namizəd məhz o oldu. İlk 20-ə daxil olduğu ilk andan etibarən qrupda olmasına inanılan bu üzv öz məlahtəli səsi ilə seçilir və ən maraqlısı odur ki, o qrupun ən gənc üzvü olaraq yer alır. Həmçinin səhnə üçün doğulduğunu göstərən səhnə enerjisi və rəqs nümayişləri ilə diqqət çəkir. Və Efe Şan heç bir musiqi təhsili almadan buna nail olaraq öz bacarığını göstərməyə nail oldu. Efe Şan fanatlarına “shine” ləqəbini taxıb.

Girdiyin hər mühitdə işıltın diqqət çəkir? Əgər sən də qrupun parlayanı, sevimlisi və heç vaxt bitməyən bir enerjiyə sahibisən və imkansızları bacaranısansa, sən tam olaraq Efe və bir “shine”-sən.

2. Arda Soydoğan

Öz rəqsi ilə seçilən roman gənc olan Arda da hər zaman diqqət mərkəzində olan üzvlərdən məhz biridir. “Şımarık” mahnısı zamanı olan əfsanəvi rəqsi ilə qrupda öz yerini əvvəldən bildirən gənc istedaddır. Efe ilə aralarındakı olduqca yaxın münasibət və dostluq isə qrupun ən sevilən ikilisi etməyə kifayət edir.

Nə olursa, olsun xəyallarının dalınca gedirsən? Normalda utanan, ancaq önəmli yerlərdə öz parıltını və işığını göstərəcək cəsarətə sahib olar bilirsənsə, roman gənci Ardasan.

3. Miraç Fırat

Crush qrupunda səhnə performansı, rəqs bacarığı və vokal uğuru diqqətləri öz üzərində rahatlıqla çəkdi. 21 yaşındaki memlərə hakim ad olan Miraç, Cənubi Koreyada Kyungbok Universitetində Səhnə Sənətləri təhsilini aldı ve bu təhsillə yarışmada finalist olmaya da haqq qazandı.

Qrupun yumor gücüsən? Girdiyin bütün mühitlərdə özünəməxsus komediya anlayışınla insanların üzünə gülümsəmə qondura bilirsənsə, sən Miraçsan.

4. Oğuzhan Çiftçi

Idol House yarışması boyunca rəqsi, səhnə performansı və səsi ilə sevilən adlardan biri oldu. Bursa şəhərində doğulub böyüyən Oğuzhan Çiftçi kiçik yaşlarından etibarən rəqsə dərindən bir maraq göstərməyə başlayıb və bu marağının ardınca gedib. Hazırda da bu marağından peşəkar şəkildə istifadə etməyə başlayaraq CRUSH qrupunun rəqs təməlli üzvlərindən biri olaraq davam edir.

Lider ruhunla seçilirsən? Əgər əzmin, idarəçi və dominant xasiyyətinlə önə çıxırsansa, sən Oğuzhansan.

5. Batu Cengiz

O, qrupda xüsusilə peşəkar rəqs keçmişi ilə seçilənlərdəndir. Idol Housea qatılmamışdan əvvəl də bir çox məşhur türk simalarının (Edis, Çakal və Manifestin) səhnələrində çıxış edən tanınmış biri olaraq peşəkarlığını nümayiş etdirir. Həmçinin yemək bişirməyə olan marağı ilə də bilinir.

Nə zaman görünsən gülərüzsən? Heyvanlara qarşı sevginlə, yer-yer utanan halınla bilinirsənsə, o zaman Batusan.

6. Barış Yüksekkaya

O, Crush qrupunda müğənniliyi, mahnı müəllifliyi və bəstəkarlıq fəaliyyəti ilə tanınır. Solo musiqi karyerasından sonra CRUSH qrupuna qoşulan gənc sənətçinin repertuarında çoxsaylı sevilən mahnılar yer alır. “Ölmekten Beter” solo mahnısı hal-hazırda milyonlarla dinlənməyə çataraq necə bacarıqlı olduğunun sübutuna çevrilmişdir.

Emosiyalarını musiqi ilə ifadə edə bilirsən? Əsasən, depressiv ruh halına sahib olub diqqətini enerjin yox, tanrı vergisi bacarığınla çəkirsənsə, sən Barışsan.

7. Milan Önder

Idol House yarışmasında ən son açıqlanan şəxs Milandır və onun bu yarışmadan əvvəl də solo musiqi işlərini yayımlamış və peşəkar modellik fəaliyyəti ilə məşğul olmuşdu. Moda çəkilişlərində, reklam kampaniyalarında və müxtəlif layihələrdə iştirak edən Milan Önder, Idol House prosesində rep performansı (Fe!n) və səhnə duruşu ilə diqqət çəkməyi bacardı. Yarışmanın ilk başlarından müzakirələrə səbəb olan Milan, əvvəllər fanatlar tərəfindən sevilməsə də, hal-hazırda ən çox sevilən üzvlərdən məhz biri Milandır.

Xarizmatik duruşun hər kəsi gördüyü an heyran buraxır? Səssiz, az deyib saz deyənsənsə, sən tam olaraq sarışın gözəli Milansan.

Qısa zamanda minlərlə sosial media fanatı əldə edən üzvlər bir daha bizlərə sübut etdi ki, musiqi sənayesində musiqiçilər toksik maskulinliyə, qadın və kuir düşmənliyinə sığınmadan da uğur qazanıla bilər. Buna görədir ki, bot dinləyicilərə sahib bəzi repçilər, ilk mahnılarından saatlar ərzində milyonlarla dinləmə əldə edən bu gənclərə yersiz kin və nifrət bəsləyir.