Əziz kino sevərlər, yaxın əyləşin. İlin ən maraq doğuran tədbirlərindən biri olan D23 başladı. Və ilk gündən edilən bir çox yeni xəbər kino sevən çox şəxsi məmnun etdi. Dynamix Magazine olaraq sizlərə tədbirin ən çox səs gətirən film və seriallarını təqdim edirik.
New Gen X-Men’in aktyor heyəti açıqlandı!
“Marvel”-in Qisasçılar (Avengers) komandasından sonra ən çox sevilən mutantlardan ibarət komandası X-Men yepyeni simalarla yenidən bəyaz pərdələrə qayıdır. Yeni filmin adı hələ tam müəyyən edilmədiyindən ötürü sadəcə “X-Men Untitled Movie” olaraq Letterboxd kimi platformlarda yer alır və 2028-ci ildə çıxması güman edilir. Çoxdandır şayiə kimi yayılan bir çox ad axır ki, rəsmi olaraq məhz D23 çərçivəsində açıqlandı.
“Stranger Things” kainatının ən sevilən obrazlarından Max obrazına həyat verən Saddie Sink bizə Marvel komikslərinin ən güclü obrazlarından biri olan Jean Grey olaraq qarşımızdadır. Onu da qeyd edək ki, o, “Spider-Man: Brand New Day” filmi ilə rəsmi olaraq MCU-a qatılmışdı. Aktrisa böyük ustalıqla rolunu gizlətməyi bacarmışdı.
Daha sonra isə komikslərdə onun romantik partneri rolunu üstlənən Cyclops obrazı “Heartstopper” serialı ilə böyük izləyici audiotoriyasına çatan və Hollivudun ən çox parlayan gənc ulduzlarından Kit Connor tərəfindən canlandırılacaq. Ancaq Cyclops üçün bildirilən bir başqa şəxs Nicholas Alexander Chavez idi. Onu da qeyd edək ki, Kit Connor 2024-cü ildə Hulking obrazı ilə bağlı danışılan adlardan biri idi.
Marvel komikslərinin ən əzazil düşmənlərindən Mr.Sinister isə həyatımıza “Star Wars” və “Marriage Story” kimi işlərlə daxil olan Hollivudun “unproblematic” sayılan ulduzu Adam Driver tərəfindən canlandırılacaq. Marvel fanatlarının ən çox arzuladıqları adlardan olduğu üçün fanatlar bu xəbərdən olduqca məmnun olublar.
Qeyd edilən digər adlar isə bunlardır: Professor X üçün Christopher Abbort, Storm obrazı üçün Maya Bond, Rogue üçün Inde Navarette, Emma Frost üçün isə Samara Weaving.
Hal-hazırda TikTok, Instagram kimi platformlar Kit Connor’un canlandıracağı Cyclops ilə Jean Grey və Emma Frost arasında yaranan “sevgi üçbucağı” ilə bağlı zarafatlar edir, hətta “qısqanclıqlarını” mem halına salırlar.
