Bəzən elə musiqiçilər olur ki, onlar sadəcə səhnədə çıxıb oxuduğu mahnılar ilə yadda qalmır, həmçinin yaratdığı özünəməxsus imic ilə də adından bəhs etdirir. Azərbaycan estradasının fərqli üslubu və müasir yanaşması ilə seçilən simalarından biri olan Murad Arif həm aparıcı, həm bəstəkar, həm də müğənni kimi uzun illərdir ki, dayanmadan musiqi sənayesində uğurla fəaliyyət göstərir. Onun mahnıları dinamik ritmləri, yaddaqalan nəqarətləri və gündəlik həyatın emosiyalarını əks etdirən sözləri ilə geniş dinləyici auditoriyası qazanıb və qazanmağa da davam edir. Repertuarında onlarla məşhur bəstə olsa da, bəzi mahnılar var ki, illər keçsə də populyarlığını qoruyaraq Murad Arif yaradıcılığının simvoluna çevrilib. Və budur sizin üçün Murad Arifin yaradıcıllığından 5 mahnı seçdik.
1. Oppalara
Murad Arifin ən tanınmış mahnılarından biri olan “Oppalara” enerjili ritmi və əyləncəli atmosferi ilə qısa müddətdə hitə çevrilib. Mahnı yayımlandıqdan sonra toyların, şənliklərin və müxtəlif tədbirlərin ən çox istənilən musiqilərindən biri olub. Sadə, yadda qalan sözləri və ritmik melodiyası sayəsində “Oppalara” bu gün də dinləyicilər tərəfindən böyük maraqla qarşılanır. Hələ də sevilən yay mahnılarından biri kimi günlük həyatın bir parçası olmağı bacarıb.
2. Partlat
“Partlat” Murad Arifin səhnə enerjisini ən yaxşı və reallıqla əks etdirən mahnılarından sadəcə biridir. Güclü ritmi, müasir aranjimanı və dinamik ifası ilə seçilən bəstə yayımlandığı dövrün sosial şəbəkələrdə və musiqi platformalarında geniş yayılıb və çoxlu dinləyiciyə çatmağı bacarıb. Mahnı xüsusilə gənclər arasında populyarlıq qazanaraq müğənninin ən uğurlu hitlərindən birinə çevrilib.
3. Brilyantlar
Romantik motivlərlə müasir pop elementlərini birləşdirən “Briliantlar” Murad Arifin repertuarında xüsusi yer tutur. Mahnının emosional sözləri və yaddaqalan melodiyası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Klipi və musiqi tərzi sayəsində “Briliantlar” qısa zamanda geniş auditoriyaya çataraq müğənninin ən çox dinlənilən mahnıları sırasına daxil olub.
4. Sevdiyini söylə
“Sevdiyini söylə” sevgi hisslərini ən səmimi və təsirli şəkildə ifadə edən romantik mahnılar biridir. Murad Arif bu bəstədə emosional ifası ilə seçilir və dinləyiciyə olduqca güclü emosional atmosfer təqdim edir. Bu mahnı uzun müddət radiolarda səslənib, müxtəlif musiqi platformalarında yüksək dinlənmə sayı toplayaraq ifaçının ən sevilən əsərlərindən biri kimi bütün sevənlərinin yadında qalıb.
5. Mənə sən lazımsan
Murad Arifin romantik yaradıcılığının ən uğurlu nümunələrindən biri olan “Mənə sən lazımsan” sevginin insan həyatındakı əvəzsiz rolundan və yerindən ətraflı bəhs edir. Güclü vokal ifası, melodik quruluşu və səmimi sözləri sayəsində mahnı ictimaiyyətlə paylaşıldığı ilk gündən dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb. Bu gün də Murad Arifin konsert proqramlarının ən çox gözlənilən ifalarından biri məhz bu mahnı hesab olunur.
Murad Arif Azərbaycan estrada musiqisində daim yenilik axtaran və dinləyicilərin zövqünə uyğun layihələr təqdim edən sənətçilərdəndir. “Oppalara”, “Partlat”, “Brilyantlar”, “Sevdiyini söylə” və “Mənə sən lazımsan” kimi mahnılar onun yaradıcılığının ən yaddaqalan nümunələri olmaqla yanaşı, müxtəlif dövrlərdə minlərlə dinləyicinin musiqi zövqünün bir parçasına çevrilib. Bu hitlər bir daha göstərir ki, keyfiyyətli estrada musiqisi zaman keçsə də öz aktuallığını və dinləyici sevgisini qorumağı bacarır. Həmçinin gənclər və sosial media ilə yaxınlığı vasitəsi ilə trendlərin nəbzini tuta bilir, habelə gündəmin ən sevilən ifaçılarından biri olmağı bacarır.
