Skip to content

Dynamix

ARKA dövlət dəstəyi alacaq film layihələrini açıqladı

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 1 iyun tarixində elan edilən “Dövlət dəstəyi ilə istehsal olunacaq film layihələri müsabiqəsi”nin qalibləri müəyyənləşib.

ARKA-nın yaydığı məlumata əsasən, müsabiqəyə təqdim olunan 38 layihədən 19-u qalib seçilib. Qalib layihələr 8 müxtəlif kateqoriya üzrə müəyyən edilib.

Qalib filmlər arasında 3 tammetrajlı bədii, 3 qısametrajlı bədii, 1 tammetrajlı bədii-sənədli, 1 qısametrajlı bədii-sənədli, 4 tammetrajlı sənədli, 2 qısametrajlı sənədli, 2 qısametrajlı animasiya və 3 qısametrajlı süni intellekt filmi yer alır.

Bu təşəbbüs yalnız yeni film layihələrinin istehsalına dəstək verməklə kifayətlənmir, eyni zamanda milli kinematoqrafiyanın inkişafına töhfə verir və müstəqil prodüser şirkətləri arasında sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.

Ümumilikdə 15 prodüser şirkəti tərəfindən ərsəyə gətiriləcək layihələrə ayrılan dövlət dəstəyi onların daha keyfiyyətli və peşəkar iş ortaya qoymasına stimul olacaq.

Dynamix Magazine komandası olaraq, qalib layihələrin müəlliflərini təbrik edir, bu filmlərin tamaşaçı ilə görüşəcəyi günü maraqla gözləyirik.

Mənbə: ARKA