Skip to content

Dynamix

Gülayın ilk konserti Heydər Əliyev Sarayı-nda baş tutdu

Uzun illərdir arzuladığı, xəyalını qurduğu bu gecədə sənətçini sevənlər onu tək qoymadı. Konsert proqramı həm qonaqların, həm də medianın diqqətini kifayət qədər cəlb etdi. Gülay, xüsusilə vaxtilə ona dəstək olan aparıcı dostlarına təşəkkür edərək, onlara bəslədiyi vəfa borcunu ödədiyini vurğuladı.

Sevilən ifalarını ard-arda səsləndirən müğənni qonaqlara unudulmaz musiqi axşamı yaşatdı. Gecənin ən çox sevilən və konsert proqramına adını verən ifası isə, sözsüz ki, “Doya Doya” oldu.