Skip to content

Dynamix

Schiaparelli Couture 2026: Mikelancelodan Devid Vayta

Paris Moda Həftəsinin sürət qatarına xoş gəlmisiniz! Bu dəfəki dayanacağımız Schiaparelli Couture kolleksiyasıdır.

Moda və incəsənətin simbiozu olan Schiaparelli bu dəfə də faunadan ilhamlanıb.

Brendin kreativ direktoru Daniel Rouzberrinin sözlərinə görə, kolleksiyanın əsas ilham mənbələri Mikelancelonun “Sikstin Kapellasının tavanı” əsəri, elmi-fantastika janrının klassik nümunəsi olan “Yadplanetli” filmi və Devid Vaytın bu sitatıdır:
“Qəzəb — başqasına, dünyaya, özünə, həyata, bədənə, ailəyə və bəlkə də zərər görmək üzrə olan bütün ideallarımıza qarşı ən dərin şəfqət formasıdır.”

Hər zamankı kimi, bu dəfə də brend kolleksiya üzərində dəqiq və məsuliyyətli işləməyi bacarıb. Belə ki, hazırlanması üçün 8.000 saat əmək və 65.000 ipək lələk tələb olunan libas podiumun ən sevilən nümunələrindən birinə çevrilib.

Sevilən modellərdən digəri isə yüzlərlə dəniz qabığından ibarət olan və hazırlanması 4.000 saat çəkən libasdır.

Avar Odhiang və Lulu Tenney şounu sinə və kürək hissəsindən çıxan iki nəhəng quş dimdiyi ilə tamamlanan, çoxrəngli lələkli gödəkçələrdə bağlayıblar.

“Çətin dövrlərdə moda həmişə həddindən artıq olur.”

— Elsa Schiaparelli