Skip to content

Dynamix

“Naz” Vokal ansamblı ilə  “Unreleased” Novruz buraxılışı

Böyük maraqla izlənilən “Unreleased” rubrikamızın bu həftəki qonaqları 5 gənc və enerjili xanımdan ibarət “Naz Girls” vokal ansamblıdır. Səmimi açıqlamalar və Novruz bayramına özəl suallarımızla hazırladığımız müsahibəni sizə təqdim edirik.

Novruz sizin üçün nə ilə assosiasiya olunur?

Səməni, paxlava, tonqal, birlik və xoş əhval.

Musiqi həyatınızdan çıxarılsa, yenə də bir-birinizlə dost qalardınızmı?

Əlbəttə, yüz faiz. Musiqi həyatımızdan çıxarılsa belə, biz yenə də bir-birimizlə dost qalardıq.

Əgər qrupunuz bir hiss olsaydı, bu hansı hiss olardı?

NAZ 🙂 Elə adımız hər şeyi deyir.

Yerli musiqi industriyasından kiminlə duet oxumağı xəyal edirsiniz?

Biz hər hansı bir ifaçı ilə məhdudlaşmırıq. Çox sayda istedadlı sənətçilər və qruplar var ki, onlarla birlikdə ifa etmək istərdik. Yeni layihələr üçün hər zaman açığıq.

Həyatınızın hər anında dinləyə biləcəyiniz 10 mahnı?

Sevil Əsədullayeva

The Bottom 40 – Happy
Vaqif Gərayzadə – Sən Gedən Gündən

Xanımana Məmmədzadə

Radiohead-Man of War
Michael Jackson – You’re not alone

Nigar Rüstəmova:

Antonín Dvořák – Rusalka, Op. 114: “Měsíčku na nebi hlubokém”
Anita Baker – “Same Ole Love (365 Days a Year)”

Əminə Hacıyeva

Vaqif Gərayzadə – Neyləyək, alınmadı
Chicago – Will you still love me?

Firuzə Məmmədova:

Defying gravity- Ariana Grande & Cynthia Erivo
Run to you – Whitney Houston

Sizin anlamadığınız, amma ətrafınızdakı hər kəsin sevdiyi məşhur bir sənətçi varmı?

Bəzən olur. Amma hər kəsin zövqü fərqlidir – hörmətlə yanaşırıq

Qrupa yeni bir üzv qəbul etmək ehtimalını heç düşünmüsünüzmü?

Hazırda belə bir planımız yoxdur. Amma müxtəlif sənətçilərlə kollaborasiyalar etməyə hər zaman açığıq


Və son olaraq: Güc nədədir?

Dəstəkdə və hörmətdədir.

Qrup üzvlərinə müsahibəyə verdikləri dəyərli vaxt və səmimi açıqlamaları üçün təşəkkür edirik. Onların gələcək layihələrində uğurlar arzulayır və hər zaman dəstəyimizlə yanlarında olacağımızı bildiririk.