Skip to content

Dynamix

Yeni vizual, yeni albom – Oliviya Rodrigo qayıdır

Xüsusilə gənclər arasında çox sevilən dünyaca məşhur ulduz Olivia Rodrigo yeni albom çıxarmağa hazırlaşır. Qısa müddət ərzində şöhrət yolunda sürətli addımlar atan amerikalı müğənninin “Drivers License” mahnısı çoxumuza məlumdur. Bunun ardınca gələn bir sıra sinql və albomlar ona musiqi dünyasında “mən də varam” deməyə imkan yaratdı.

Onun ilk albomu “SOUR” (2021), digəri isə “GUTS” (2023) hələ də kifayət qədər dinlənilən və sevilən albomlar sırasındadır. Onun növbəti layihəsi musiqi mediasında artıq müzakirə olunmağa başlanıb.

Daha əvvəl müğənni açıqlamalarının birində bildirib ki, zaman keçdikcə musiqiyə baxış tərzi dəyişir və bu dəyişikliklər onun növbəti işlərinə də təsir edəcək.

Yeni albomla bağlı sənətçi paylaşımlarında və konsertlərdə bəzi ipucları verməyə davam edir. Rəsmi açıqlama hələ verilməsə də, artıq fanatlar Oliviyanın üçüncü studiya albomunu “OR3” kimi adlandırırlar. Konsert turlarının birində üzərində “3” yazılan köynək geyinməsi də bu müzakirələri daha da artırıb.
Araşdırmalar göstərir ki, Olivia Rodrigo uzun illərdir birlikdə çalışdığı prodüser Dan Nigro ilə yeni albom üzərində işləyir. Sosial mediada “record finishing” kimi edilən paylaşımlar albomun demək olar ki, tamamlanmasından xəbər verir.Bununla yanaşı Los Ancelesdə boyanan divarlar və Oliviya Rodrigonu işarə edən yeni “OR” yazılı loqo da gündəmdədir.

Son olaraq qeyd edək ki, müğənni 2026-cı ilin onun üçün çox məşğul keçəcəyini bildirib. Albomun detalları ilə bağlı hələ rəsmi açıqlama verilməsə də, Olivia Rodrigonun yeni layihəsinin musiqi bazarında böyük rezonans doğuracağı gözlənilir.

Tags: