Skip to content

Dynamix

Nicki Minaj qaçırılıb?

Hər şey 10 dekabr tarixində amerikalı siyasətçi, Kaliforniya ştatının qubernatoru Gavin Newsomun “trans fərdləri görmək və onların həyat şəraitini müsbət şəkildə inkişaf etdirmək istəyirəm” məzmunlu açıqlamaları ilə başladı. Qısa müddət ərzində bu fikirlər sosial şəbəkələrdə viral oldu.

Dünyaca məşhur reper Nicki Minaj sözügedən açıqlamalara X (keçmiş Twitter) platformasındakı hesabından sitat gətirərək reaksiya verdi. O, paylaşımında “Trans fərdləri görmək istəyən biri olmağı təsəvvür edin. Normal insanlar sağlam, xoşbəxt və təhlükəsiz fərdləri görmək istəyirlər” ifadələrini işlətdi. Və ardınca isə, Amerikanın hazırkı prezidenti Donald Trampı dəstəkləyən paylaşımlar etdi.

Bu açıqlama LGBTQ+ icması tərəfindən birmənalı qarşılanmadı. Minajın trans fərdləri  “normal fərdlər” anlayışından kənarda qoyduğu iddiası sosial mediada geniş müzakirələrə səbəb oldu.

Məsələ hələ də aktuallığını qoruyur. Dünyanın müxtəlif ölkələrində yaşayan LGBTQ+ icmasının nümayəndələri Nicki Minajın bu açıqlamalarına etiraz edərək onun mahnılarını Spotify siyahılarından çıxarır, eləcə də şəkil və posterlərini yandırmaqla etirazlarını ifadə edirlər.

Nicki Minajın karyerasının ilk illərində LGBTQ+ icmasını açıq şəkildə dəstəkləyən mövqe sərgiləməsi, sonradan isə bu tip açıqlamalar verməsi fanatlarını ciddi şəkildə düşündürüb. Sosial şəbəkələrdə suallar səslənir:
Nicki Minaja nə olub?
Bunlar doğrudan da onun şəxsi fikirləridirmi?
Yoxsa reper həqiqətən də “qaçırılıb”?