Skip to content

Dynamix

Jiva “Just Go” ilə Avroviziya 2026-da Azərbaycanı təmsil edəcək

Azərbaycanı müsabiqədə Jiva (Cəmilə Haşımova) təmsil edəcək. Onun ifasında səslənən “Just Go” adlı mahnı kədərli bir sevgi hekayəsini və insanın keçmişdən qoparaq azadlığa doğru addımlamasını təsvir edir. Emosional atmosferi və müasir səslənişi ilə seçilən mahnı artıq dinləyicilərə təqdim olunub.

Mahnının yaradıcı heyətində bir sıra tanınmış isimlər yer alır. Musiqi və sözlərin müəllifi Fuad Javadovdur. Klipin rejissoru Farhad Ali, videoda baş rolda isə aktyor Emin Useynov çəkilib. Aranjiman Anar Keytarman tərəfindən hazırlanıb, bek-vokalları Mila Miles səsləndirib. Səs yazısı üzərində isə Rustam Rzayev mix və mastering işlərini həyata keçirib.

Çəkiliş heyətində həmçinin focus puller kimi Elvin Suleymanov, texnik Ruslan Rasimoğlu və assistent Ələkbər Ələkbərli çalışıb. Sənətçinin obrazı üzərində hair & make up üzrə Elnur Hasanov, stil üzrə isə Leyli Polayeva işləyib.