Bu həftəki film tövsiyəmiz müasir münasibətlər, tək qalmaq qorxusu və yaxınlıqdan qaçmaq mövzularını sakit, lakin təsirli dildə danışan Issız Adam filmidir. Bir Çağan Irmak klassikası olan bu ekran işi tipik romantik hekayədən daha çox, insanın özü ilə münasibətinə fokuslanır.
Bu filmi hər izlədikdə yeni bir detal kəşf edirik elə bir detal ki, zamansızlığa meydan oxuyur və həyatımızın istənilən anında bizi yaxalaya, öz tilsimində saxlaya bilər.
Filmin ana xəttində iki obraz dayanır: Ada və Alpər.
Alpər yüksək səviyyəli kulinariya biliklərinə sahib, öz restoranının sahibi olan aşpazdır. İşində uğurludur, rahat və lüks yaşamağı sevir. Amma şəxsi həyatı sabit deyil. Münasibətləri dərinləşdirmədən, daha çox gündəlik tanışlıqlar üzərindən yaşayan Alper üçün həyat dadlar, məkanlar və keçici hisslərdən ibarətdir.
Ada isə Taksimdə uşaq kostyumları dizayn edib tikən, sakit və mütəvazı bir həyat sürən gənc qadındır. Onun dünyası Alpərinkindən tamamilə fərqlidir: daha sadə, daha yavaş və daha sabit. Təsadüfən eyni kitab mağazasında yolları kəsişəndə, bu iki fərqli dünya bir-birini həm çəkən, həm də itələyən ikili bir maqnitə çevrilir.
Aralarındakı münasibətdə zahirən ciddi bir problem yoxdur. Lakin film irəlilədikcə aydın olur ki, əsas maneə sevginin yoxluğu deyil, Alpərin tək qalmaq ehtiyacı və insanlarla dərin bağ qurmaqdan qaçmasıdır. O, emosional bağlılıqdan qorxur və bu daxili ziddiyyət münasibəti sarsıdan əsas səbəbə çevrilir.
Hekayənin axıcılığı bir zamanlar öz damğasını vurmuş Anlamazdın, Bana Yalan Söylediler və Une belle histoire kimi mahnılarla möhürlənir.
Filmdən unudulmaz sitatlar:
“Qəhvəni paylaşmaq səbəbin, paylaşmaq niyyəti üçün yox söhbət tez bitsin dəyərdir”
“Qarda donmaq üzrəsən, yuxu şirin gəlir, sən öldüyünün fərqində deyilsən.”
“İkimiz üçün bir xoşbəxt son yazdım sonra.
O evdə səninlə birlikdə oturduq.
Susduq.
Səssizcə yanımda dayandın.
Ora son idi.
Başqa bir həyat idi.
Yalnız biz var idik.
Mənə baxdın…
Qəmli və tələşsız.
Yenə susduq.
Başqa bir həyatda, başqa bir xoşbəxt son.
Biz buna layiq idik.
Hekayəmiz orada, bir yerdə qalıb.
Həmişə mənimlə olacaq.
Çünki dözə bilməyimin yeganə yolu budur.”
“Bilirəm, sevgilim.
Heç kim yoxdur, olmayacaq da.
Başqalarının uşaqlarını, həyatlarını, bədənlərini müvəqqəti götürəcəksən
geri qaytarmaq şərti ilə.
Və sən
həmişə
tənha qalacaqsan.”
Əgər həftəsonu romantikadan çox, düşündürücü və bir az da kədərli film axtarırsansa, Issız Adam doğru seçim ola bilər.