Skip to content

Dynamix

Dilarə Kazımova yeni klipini təqdim etdi

Məşhur müğənni Dilarə Kazımova dinləyicilərə yeni musiqi layihəsini təqdim edib.


Dynamix Magazine xəbər verir ki, sənətçinin “Gecə” adlı yeni treki artıq kliplə birlikdə ictimaiyyətə təqdim olunub. Mahnının sözləri Dilarə Kazımova və Nigar Məmmədova, musiqisi isə Fərid Mayılov, Camal Qurbanov və Dilarə Kazımovaya məxsusdur.
Klipin rejissorluğunu da ifaçının özü həyata keçirib. Vizaj üzərində isə Jalə Bağırova çalışıb.


Dilarə Kazımova “Gecə”ni duyğusal yükü yüksək olan, insanın daxilinə səslənən bir musiqi etirafı kimi xarakterizə edib:


“‘Gecə’ — susqunluğun danışdığı, duyğuların sözə çevrildiyi bir mahnıdır. O səsləndikcə insan həm özünü tapır, həm də itirdiklərini xatırlayır.”


Qeyd edək ki, aranjimanı Dilarə Kazımova və Camal Qurbanova aid olan “Gecə” treki artıq müğənninin rəsmi YouTube kanalında və bütün əsas musiqi platformalarında yayımlanıb.